Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ele meseleler var ki, ona uzaqdan baxıram ve üzümü o yana çevirirem” – VİDEO

12 Kasım 2016

5:24 am


12/11/2016 [09:21]: xeber –
“ARB Ulduz”da yayımlanan “Şou məkan” verilişinin qonağı olan meyxanaçı Namiq Qaraçuxurlu maraqlı açıqlamalar verib.O, utancaq olmasına toxunub: “Sadəcə olaraq, bilirsiz nədən utanıram? Camaat hədiyyə alıb gətirir ey, bax ondan utanıram. Doğum günü keçirirsən, baxırsan ki, yekə kişiyəm, 37 yaşım var. Camaatı yığımışam, hər kəsin işin gücü var. Hərə bir yanda. Mən toyuma adamları utana-utana dəvət etdim. Fikirləşirdim ki, mənim dostlarımın içərisində xaricdə yaşayanlar var. Mən onlara utana-utana zəng etdim. Sonra eşidəcək, deyəsək ki, çağırmadı. Zəng eləmişəm ki, gəlmə”. Namiq hər il çal-çağır qurub, “vur çatlasın çal oynasın” doğum günü edənləri də özünün söz ələyindən keçirdi: “Hər il doğum günü keçirənlərə də mən qəribə baxıram. İnciməsinlər məndən. Ələlxüsus da, bu il getdin, gələn il gedə bilmədinsə, inciyir ki, niyə gəlmədin? Bunu mən anlaya bilmirəm. İncisələr də özləri bilərlər. Mən belə bir insan deyiləm”. Namiq toyunu oyun hesab edib hətta övladının dünyaya gəlməməsini söyləyənlərə də cavab verib: “Mən bu xəbərləri eşidirdim. Əslində çox adam mənim toyumu başqa cür gözləyirdi. Mənsə əksinə başqa cür etdim. Mən toy haqqında danışanda da deyirdilər ki, gündəmə gəlmək üçün edir. İnsan nə zaman tədirgin olur, səhvi olanda. Əgər bu məsələdə mənim səhvim olsaydı, bu cür olardım. Mənim üçün neqativ söz deyən adam onsuz da, məni sevmir. O, məqam axtarır ki, söz çıxarsın”. Daha sonra Namiq Aygün Kazımovanın balığına onun adını qoymasından da söz açıb: “Elə məsələlər var ki, ona uzaqdan baxıram və üzümü o yana çevirirəm. Bununla bağlı heç bir narahatlığım da yoxdur. Narahat deyiləm ki, kimsə mənim haqqımda pis fikirləşər. Pis fikirləşən onsuz da nəsə tapıb fikirləşəcək. Bu mövzu mənim üçün maraqlı deyil”. İfaçı yeni mahnısı olan “Soyuqdur” haqda da eksklüziv açıqlamalar etdi: “Bu mahnı mənim yaradıcılığmda yenilikdir. Bu üslubda mən oxumamışam. Çox gözəl olduğuna görə də davam edəcəm. Bu mahnını mən də çox sevirəm. Hər gecə qulaq asıram. Yuxum gəlməyəndə dinləyirəm, yuxu gəlir, yatıram. Bu mahnıya klip də çəkəcəm. Nəzərdə tutmuşam ki, klipi Avropada çəkdirim”. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler