Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ele geceler olurki üreyim istiyir, amma men ona xeyanet etmirem”

24 Haziran 2016
6:24 pm


24/06/2016 [22:21]: xeber –
6 ildir evli kişi ilə dini nikahla yaşayıram, onun ikinci həyat yoldaşıyam. Yoldaşım sürücüdür. Az-çox qazandığını iki ailəsi arasında bölür. Narazılığım yoxdu. Amma mənə çox az zaman ayırır. Bu il bir övladım da dünyaya gəlib. Bədbəxt deyiləm, amma sevdiyini paylaşmaq çətindir. İstərdim o, tək mənim olsun. Amma ailəsini də dağıtmaram”, – deyir 27 yaşlı İlahə Nəbiyeva. Başına gələnləri İlahə ilk dəfə 17 yaşında ailə qurub. Daha doğrusu, sevdiyi oğlana qoşulub qaçıb. Bir ildən sonra isə əri İlahəni tərk edib. Valideynlərinin üzünə baxa bilmədiyi üçün doğulduğu rayona yox, Bakıya gəlib və kafelərin birində ofisiant kimi çalışmağa başlayıb. Elə Rəşadla da kafedə tanış olub. Rəşad evli və iki övladı olduğunu ondan gizlətməyib. Kirayə ev tutaraq, kəbin kəsdirərək onunla yaşamağa başlayıb.İlahə deyir ki, Rəşada heç vaxt xəyanət etməyib: “Bəzi gecələr olur ki, özümü tənha hiss edirəm. Mən də istərdim normal ailəm olsun. Amma neyniyim, Allah mənə belə qismət yazıb”.Müasir dövrdə texnoloji yeniliklər və sosial şəbəkələrin həyatımızın bir parçasına çevrilməsi insanların bir-birilə ünsiyyət və münasibət qurmasını daha da asanlaşdırıb. Bunun nəticəsi kimi evli ola-ola sevgilisi olan insanların sayında kəskin şəkildə artımlar müşahidə olunmağa başlayıb. Bəs evli kişi ilə yasaq münasibət yaşamağın çətinlikləri və sıxıntıları nələrdir? Ailəli kişilərlə birlikdə olan qadınlar hansı hissləri keçirirlər?Bu tip qadınların davranışının altında bir neçə səbəb yatır ki, bunlar da özlüyündə qadını evli kişi ilə münasibət qurmağa sövq edir. Bu səbəblərə sevgi, pul, məcburiyyət, seks istəyi və gücü aid etmək olar.Mütəxəssislərin fikrincə, evli kişi ilə birlikdə olan qadınların həyatında kədər, üzüntü, yalanlar, qısqanclıqlar, dava-dalaşlar əskik olmur. Bunun səbəbi isə kişinin sevgilisi ilə münasibətini həyat yoldaşından boşanmadan davam etdirməyə çalışmasıdır.Psixoloq Rövşən Hümbətovun sözlərinə görə, evli kişi ilə münasibət quran qadın ilk növbədə özünə bu sualları verməlidir – “Bu adam yoldaşına yalan danışıb mənimlə birlikdə olursa, demək, nə vaxtsa mənə də yalan söyləmə ehtimalı var. Yox, əgər yoldaşını sevmirsə və ona görə mənimlə birlikdədirsə, o zaman nəyə görə ondan ayrılıb, rahat şəkildə mənimlə münasibət qurmur?”. Psixoloq deyir ki, Azərbaycan cəmiyyətində əsasən evli kişi ilə birlikdə olan qadınları günahlandırıb, qınaq obyektinə çevirirlər: “Amma həqiqət kişinin evli olmasıdır, yəni ailəli olan və yoldaşına sadiq qalacağına söz verən tərəf kişidir. Evli kişi ilə birlikdə olan qadının isə digər qadına qarşı heç bir məsuliyyəti yoxdur. Bunu yalnız kişilərə aid olan bir vəziyyət kimi dəyərləndirmək də düzgün olmaz. Evli qadınla birlikdə olan kişilərdə də vəziyyət eyni cürdür. Yəni evli biri ilə münasibətə girənin kişi və ya qadın olması vəziyyəti dəyişmir”.Bəs evli kişilərlə qadınların münasibəti necə başlayır?Psixoanaliz nəzəriyyəsinə görə, atası tərəfindən tərk edilmiş, özgüvən əskikliyi ilə böyümüş qadınlar özlərini təsdiq etmək, digər qadınlardan daha üstün olduqlarını özlərinə sübut etmək üçün bu yola əl ata bilirlər. Yəni başqa qadına aid olan kişini əldə edərək, özgüvənlərini bərpa etmiş olurlar: “Psixoanalitik yanaşmaya görə, bunun əsas səbəbi evli kişi ilə birlikdə olmaqla, uşaqlığında atası tərəfindən aldadılmış olan anasının şüuraltı intiqamını almaq hissinin önə çıxmasıdır. Ancaq bu faza insan beyninin dərinliklərində (təhtəlşüurda) olduğundan bu vəziyyəti asanlıqla anlayıb, dərk etmək mümkün deyil. Ancaq yalnız ata obrazının əskikliyi ilə bu cür yasaq münasibətləri tam izah etmək də mümkün deyildir. Bildiyimiz kimi, əlçatmaz görünən və bizdə olmayan şeyləri gözümüzdə ideallaşdırıb, onları əldə etməyə can atırıq. Evli kişilər bu səbəbdən cazibədar və əlçatmaz sandığı qadınlarla münasibət qurmağa və sevgili olmağa çalışırlar”.Psixoloq bildirir ki, qadının həyatda yalnız olması və iqtisadi çətinlikləri, özünü dəyərli hiss etmək istəməsi, eyni anda bir neçəsi ilə münasibət yaşaya biləcəyini düşünməsi, ata fiqurunun uşaqlıqdan bəri çatışmazlığı və s. bu kimi səbəblər qadınların evli kişilərə yönəlməsində vacib rol oynayır: “Xəyanət edən kişinin vəziyyəti isə burada qadından daha ağır olur çox zaman. Adam evli olduğu üçün gecələri telefonla rahat danışa bilmir, ətrafdan görən ola bilər qorxusu ilə nə yoldaşı, nə də sevgilisi ilə ictimai yerlərdə gəzməyə və ya istirahətə gedə bilmir, bir sözlə, yaşamına istəməyərək də olsa, sərhədlər qoyur. Daim gizlənməyə çalışır və buna görə hər iki tərəfə yalanlar söyləməyə məcbur olur. Münasibətdə olduğu qadın kişinin evli olduğunu bilirsə, bir müddət sonra ondan boşanmasını və açıq şəkildə birlikdə olmalarını tələb edir. Amma kişi ailəsini dağıtmaq istəmədiyindən hər dəfə yalanlarla sevgilisini aldadır və müxtəlif bəhanələr gətirir. “Ayrılsam, karyeram bitər”, “ev problemi yaşayaram”, “onsuz da yoldaşımı sevmirəm, ayrı otaqlarda yatırıq”, “uşaqlara görə bu vəziyyətə dözürəm” kimi bəhanələrlə vəziyyətdən çıxmağa çalışır. Hər dəfə yeni bəhanələr və yalanlarla zaman qazanmağa çalışır”.Statistika da göstərir ki, əgər evli kişi başqası ilə münasibətə başladığı müddətdən 12 ay ərzində yoldaşından ayrılmırsa, 90% göstərici ilə sonrakı illərdə də boşanmır. Çünki asılı insan nə yoldaşından, nə də sevgilisindən ayrılmaq istəyir. Onun əsas məqsədi hər iki tərəfi balanslı şəkildə idarə etməkdir.(lent.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler