Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ele ederem ki, xalq İlham Əliyevi ovcunda gezdirer”

08 Ağustos 2016

10:00 am


08/08/2016 [13:59]: xeber –
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev vitse-prezidentlik postuna təyinat alacağı təqdirdə görəcəyi işlər haqqında ilginc açıqlamalarda bulunub:“Bu gün prezident İlham Əliyevin, əziz qardaşımın apardığı islahatlara kömək edən məmur yoxdur. Onların hamısı saxtakarlıqla məşğuldur və prezidentin fərmanlarına əməl etmir. Əgər mən vitse-prezident seçilərəmsə, o zaman prezidentin bütün tapşırıqlarını yerinə yetirməklə yanaşı, elə edərəm ki, xalq onu ovcunda gəzdirər, onun ömürlük bu postda qalmasını istəyər və onun uğrunda ölümə getməyə hazır olar. Hakimiyyətdəki indiki qüvvələrin hamısı sabotajla məşğuldur. Onlar bütün günü təxribatla məşğuldurlar. Onlar ölkə daxilində qiymətləri artırmaqla xalqı prezidentdən narazı salmağa çalışırlar. Dövlət-xalq mezanizminin işləkliyinə nail olmaq lazımdır. Məsələ sadəcə fərmanların verilməsində deyil. Bu fərmanların icrasının təmin edilməsindədir. Xalqın arasında olmaq, xalqın gününə yanmaq lazımdır. Məmurlar ustalıqla prezidentə xəyanət edirlər. Hakimiyyət daxilində dövlətə və millətə xəyanət yolunu tutan qüvvələr var. Dövlətə, prezidentə isə sadiq, təmənnasız adam lazımdır. Əgər mən virse-prezident olaramsa, ölkə başçısının göstərişlərinin icrası üçün həyatımdan belə keçərəm”.(Politika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler