Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ele bir dövlet yoxdur ki, yalnız daxili güc hesabına yüksek inkişafa nail ola bilsin”

24 Haziran 2016

10:28 am


24/06/2016 [14:25]: xeber –
Son vaxtlar Azərbaycanda xaric borclanmaya ehtiyac yarandığına
görə bu mövzu daha çox müzakirə obyektinə çevrilmışdir. Ölkədə xarici borclar
nisbi olaraq kiçik həcmdədi, amma getdikcə böyüyür. Bu necə qiymətləndirilir? İki
oxşar yanaşma:

-Müxaliflər belə vəziyyıtin ölkəni asılı vəziyyətə sala biləcəyini,
hər vətəndaşa borc payının artımasının neqativ nəticələrə gətirib çıxaracağını,
bunun müstəqilliyə təhlükə törədə biləcəyi tezisini irəli sürürlər.

– İqtidar mənsubları da eyni arqumentləri gətirərək xarici borcların
çox aşağı səviyyədə saxladıqlarını iddia edirlər.

Hər iki qrupun dediyində kerçəklik var, amma Lenin dövlət quruculuğu
siyasəti nöqteyi nəzərindən yanaşdıqda. Görünür, uzun müddət bu siyasətin
təsiri altında yaşadığımıza görə hələ də heç cür belə labirintdən çıxa
bilmirik. Əslində, müxalifətin tənqid hədəfi iqtidarın borc vəsaitlərini cəlb
etməkdə və ölkənin inkişafını zəruri maliyyə ehtiyyatları ilə təmin etməkdə
ləngiməsi olmalı idi. İqtidar isə çıxış yollarını aramalı idi.  

Dünyanın inkişafı təcrübəsi göstərir ki, hansı ölkə iqtisadiyyatının
inkişafı üçün daha çox vəsait cəlb edə bilmişdirsə, o da ən yüksək inkişafa
nail olmuşdur. Elə bir dövlət yoxdur ki, yalnız daxili güc hesabına yüksək
inkişafa nail ola bilsin. Xarici borclanma səviyyəsi ümumi inkişaf səviyyəsi
ilə düz mütanasib asılılıqdadır. Niyə da olmasın, nə qədər çox vəsait gətirə
bilsən bir o qədər çox yarada biləcəksən, istehsalın artacaq, işsizlik enəcək,
gəlirlərin artacaq. Yeni daxil olan maliyyə sənin çürüyüb torpağa qarışan bütün
rezervlərini faydalı istifadəyə çevirəcək, 
boş qalan torpaqların, faydalı qazıntıların, ən mühümü insan amilin
hərəkətə gətiriləcək və faydalı məhsula çevriləcək. Hansı xalq ki, yeni
vəsaitlər cəlb edə bilmir, onların bir qayda olaraq, inkişafı çox aşağı
səviyyədədir.

 

1915-ci il, nominal, BVF-nun rəqəmləri

N

Ölkələr

Xarici borclar,

Ümumi daxili məhsul-adambaşına, doll

milyard dollar

ÜDM-də payı, %

 

Dünya

72000

98,5

9957

Yüksək borclu və yüksək inkişaf etmiş ölkələr

1

Böyük Britaniya

9591

569

43771

2

ABŞ

19200

114

55805

3

Luksemburq

3472

3443

101994

4

Niderland

2527

316

43603

5

Sinqapur

1766

408

52888

6

İsveçrə

1611

229

80675

Az borclu ölkələr

1

Nigeriya

68

5

2743

2

İran

9,4

4

4877

3

Əlcəzair

4,3

3

4218

4

Ekvatorial Givineya

1,2

6

111762

5

Haiti

0,8

5

805

6

Fiji

0,3

5

5374

Bizim tədqiqat obyektimiz

1

Azərbaycan

9,1* (DB məlumatı)

16,9

5739

* Azərbaycanda məcmuu  xarici borc statistikası aparılmır,
aparılırsa da əlçatan deyil. Bu rəqəm Dünya Bankınındı, bəzi iqtisadçılar daha
çox – gerçəklikdən xeyli uzaq – məbləğ göstərirlər.

 

Cədvəl məlumatları tam çılpaqlığı ilə sübut edir ki, heç bir dövlət
ölkəsinin inkişafına böyük miqdarda vəsait cəlb edə bilməsə yüksək inkişafa
nail ola bilməz. Əslində, hökümətlərin iş səmərəliliyinin ən yaxşı göstəricisi
də elə bundan ibarətdi. Əgər hökümət bunu edə bilmirsə, ölkəsinin inkişafı da
ya İran, ya Haiti və ya Nigeriya kimi olacaq. Əgər borc vəsaitlərini cəlb edə
bilirsə, ölkəsinin inkişafını  da
Luksemburq, İsveçrə, Sinqapur kimi çox yüksəklərə qaldıra bilir. Mənim həyati
təcrübəm və nəzəri tədqiqatlarım qəti olaraq deməyə  imkan verir ki,  Azərbaycanın hətta belə neft bumunun ən ciddi
vaxtlarında borclanmaya böyük ehtiyacı vardı və indi də var, gələcəkdə də olacaq.
Həm də borclanma üçün əldə olunan vəsaitləri yerləşdirmək üçün səmərəli və
zəruri layihələr var, üstəlik, borc vəsaitlərini cəlb etməyə kifayət qədər
imkanlar var.

Bizim bəzi iqtisadçılarımızın borc bizi xarici kapitaldan asılı
vəziyyətə sala bilər arqumentinə cavab olaraq bildirmək istəyirəm ki, bu məsələ
də Lenin borclanma siyasətinin təsiri altında olan mütəxəssislərdən başqa heç
kimi narahat etmir, çünki, heç bir əsası yoxdur. Tam əksinə, hansı dövlətdən və
ya onun özəl şirkətindən borclansan, o tam sənin müdafiəçinə çevriləcək, heç
bir borc verən istəməz və imkan verməz ki, borc alan dövlətdə qarışıqlıq olsun.
Əksinə borc alan dövləti qoruyacaq. ABŞ dövlətinin və ya onun rezidentlərinin
50-100 mlrdı yatırılan dövlətin ərazisinə kim girə bilər?

Bir məsələyə əmin olmaq lazımdır ki, bütün bu günkü amillər
Azərbaycana böyük məbləğdə kredit alınmasının tərəfindədi, heç bir anti amil
yox dərəcəsindədir. Amma bir neçə vacib şərti nəzərə almaqla:- Kredit ciddi və səmərəli layihələrə xərclənməlidi,
qətiyyən istehlak xarakterli istiqamətlərə yönəldilə bilməz, hər bir obyekt
üçün biznes plan tərtib olunmalı, istifadəsi ciddi dövlət və bank nəzarəti
altında həyata keçirilməlidi. Beynəlxalq bankın keçmiş kreditləri kimi heç
kimdən heç bir kredit almaq mümkün deyil;- Kredilərin istifadəsi zamanı monopoliya aradan
qaldırilmalı, hər kəs eyni səviyyədə proseslərə buraxılmalıdı;- Kreditlərin istifadəsi üçün çox saylı layihələr
hazırlanmalıdı, borclar yalnız hazır layihəyə verilə bilər, bu işə böyük məmur
ordusu cəlb olunmalı, geniş miqyaslı iş aparılmalıdı. Sovet dövründən
Azərbaycanda ciddi bir “xəstəlik” – verilən vəsaitlərin mənimsənilməməsi – bu
gün də qalmaqdadır.

Bəs belə beynəlxalq kreditləri haradan almaq olar. Nəzərinizə
çatdırmaq istəyirəm ki, bu gün Qərb ölkələrində 20 trilyon dollar sərbəst
vəsait toplanıb istifadəsiz qalmışdır ki, 
istifadə imkanları axtarılır. Avropada sərbəst vəsaitlər o qədər
artmışdır ki, kredit kimi onları  neqativ
faizlə verirlər. İlk dəfə olaraq neqativ nominal faiz anlayışı dünya alimlərinin
ciddi müzakirə mövzusuna çevrilmişdir. İnkişaf etmiş Qərbdə iqtisadiyyat pul
bolluğundan əziyyət çəkir, inkişaf etməkdə olan ökələrdə isə əksinə
iqtisadiyyat pul çatışmazlığı içərisində boğulur.

Yaponiya, Çin, Koreya, Sinqapur və s. kimi ölkələrdə də böyük
miqdarda sərbəst vəsait toplanmışdır. Bu dövlətlərin demək olar ki, hamısının
Azərbaycanla sıx dostluq əlaqələri var.

Bəs haradan və necə borclanmaq olar. Əvvəla, xarici borclanma
haqqında yanlış fikirləri aydınlaşdırmaq lazımdır. Xarici borclar bütün
rezidentlərin qeyri rezidentlərə olan pul öhdəliklərini əhatə edir. Bura
dövlətin, şirkətlərin, bankların, bütün fiziki və hüquqi şəxslərin öhdəlikləri
daxildi və vacib deyil ki, hamısı kredit kimi götürülsün, hətta birbaşa
investisiyalar, əmanətlər, valyuta ehtiyyatların saxlanılması formasında da
cəlb etmək olar. 

-Birinci qrup- Azərbaycanın üzv olduğu beynəlxalq  maliyyə institutları:  BVF (əsasən tədiyyə balansının kəsiri üçün),
DB (o cümlədən BİA, əsasən dövlətin infrastruktur layihələri üçün), Beynəlxalq
maliyyə korporasiyası (əsasən özəl sektorun biznes layihələri), Avropa İnkişaf
və yenidənqurma bankı (keçmiş sosialsit ölkələrində biznesin
kreditləşdirilməsi), Asiya inkişaf bankı, İslam inkişaf bankı vəs. Təbii ki, bu
qurumlarla Azərbaycan işləyir, amma ölkənin kvotası böyükdü, kreditləşmənin
həcmini xeyli artırmaq olar.

– Suveren dövlət fondları, Bu fondlar əksəriyyət inkişaf etmiş ölkələrdə
var, ən böyükləri, Norveç, Çin, Sədiyyə Ərəbistanı, Honkonq, Sinqapur, Küveyt,
BƏƏ və başqalarıdı, bu fondlardan müxtəlif formalarda vəsait cəlb etmək olar. Həmçinin
əksəriyyət inkişaf etmiş ölkələr ixracatı stimullaşdırmaq və mallarının
bazarlarını genişləndirmək üçün böyük miqdarda ixracat krediti verirlər. Bunun
üçün xüsusi olaraq eksim banklar və ya agentliklər – müvafiq qurumlar
yaratmışlar. Məsələn ABŞ-da bu işi  Eximbank
və PEFC, Almaniyada AKA və KFW, Böyük Britaniyada – ECGD, Fransada – Mərkəzi
bank, BFCE və kommersiya bankları,  Koreyada –KEXIM, Luksemburqda
– ODD, Yaponiyada JBİC, Çində EİBC və s. yerinə yetirir. Böyük layilərin,
məsələn, sürətli dəmir yollarının, atom və ya istilik, su elektrik
stansiyalarının, neft kimya emal komplekslərinin tikintisi üçün rahat bu
mənbəələrdən istifadə etmək olardı.


Özəl banklar və investisiya fondları.  Dünyada
aktivlərinin həcmi 1 trilyondan çox olan onlarla bank var(ən böyüyü 3,6 trilyon
dollar), hər biri də Azərbaycanla işləməyə hazırdı.  Hətta aktivlərinin həcmi 2,6 trilyon olan
HSBC bankı Azərbaycanda şöbə də açmışdı, lakin şərait yaradılmadığına görə
ölkəni tərk etdi. Həmçinin, aktivlərinin həcmi 100 mllyarddan 3,2 trilyona qədər
olan yüzlərlə İnvestisiya fondları  var. Bu
fondları ölkəyə dəvət etmək olar, ortaq investisiya fondları yaratmaq olar və
böyük miqdarda vəsait cəlb etmək olar.


transmili  istehsalat və ticarət
şirkətləri. Dünyada  İllik gəlirləri 100
-500 milyard dollar olan 50-dən çox transmilli şirkət var. Onların vəsaitlərini
ölkənin inkişafına cəlb etmək olar. Məsələ burasındadır ki, bu şirkətlərin
Qərbin 20 trilyonluq sərbəst vəsaitlərinə çıxışı var, bu vəsaitləri onlar
maksimum illik 1-2%-dən alıb 4-5%-dən Azərbaycanda böyük layihələrin
maliyyələşdirilməsinə yönəldə bilərlər. Bu layihələrdən həm faiz kimi və həm də
işlətmə gəlirləri götürə bilərlər. Bu yaxınlarda Koreya transmilli  şirkətləri bu münvalla İranla 300 milyard
dollarlıq müqavilə imzaladılar. Halbu ki, Koreya ilə Azərbaycanın münasibətləri
(həm də beynəlxalq şərait) daha yaxşıdı.


Dünya bazarlarından əmanət toplanması, valyuta ehtiyyatlarının qarşılıqlı
saxlanması  və birbaşa investisiyalar. Bu
formalarda borclanma üçün Azərbaycanın devalvasiyadan öncə çox böyük imkanları
var idi. Təəsüflər olsun ki, ardıcıl iki böyük devalvasiya bu imicə çox pis
təsir göstərmişdi. Amma yenə də vəziyyəti ardıcıl sabitləşmə tədbirləri ilə
xeyli yumşaltmaq olar. Belə bir üsullar xarici ölkələrdə yaşayan Azərbaycanlılar
üçün daha keçərlidi. Mənim tanıdığım bir neçə iş adamı Azərbaycanda manatla
yatırdıkları 10 milyonlarla manat 
əmanətləri  devalvasiyadan sonra
çəkib başqa ölkələrə  götürdülər.

Göründüyü kimi, borclanma üçün çox böyük imkanlar var. Amma bu heç də
o demək deyil ki, bu günkü şəraitlə böyük miqdarda borc vəsaitləri cəlb etmək olar.Bir
kerçəkliyi dərk etməliyik ki, neft erası qurtardı, heç kim sərmayə yatırmaq
üçün bizə gəlib xahiş etməyəcək.  Bu
vəsaitlərin cəlb oluna bilməsi üçün çox geniş miqyaslı tədbirlər görmək və
dünya miqyasında iş aparmaq lazımdı:

– İqtisadi islahatlar aparmaq, maliyyə bazarı infrasturukturunu
formalaşdırmaq və mütləq milli valyutanı sabitləşdirmək lazımdır (mən hüquqi
şəxs tanıyıram ki, il yarım əvvəl Azərbaycana 200 milyon dollar yatırmışdı, bu
gün onun dəyəri yalnız 100 milyon dollara çatır). Bank sferasında və maliyyə
bazarında təkəli (monopoliyanı) tamamilə aradan qaldırılmaq, dünyanın böyük
banklarını ölkəyə dəvət etmək və normal bank sistemi və xidməti qurmaq,
investisiya fondları haqqında qanunvericilik bazasını yaratmaq, milli investisiya
fondları yaratmaq, dünyanın qabaqcıl investisiya fondları ilə əməkdaşlıq
sistemi qurmaq, onların ölkədə fəaliyyətinə lazımi şərait yaratmaq  və bu strukturlar vasitəsilə ölkəyə maliyyə
axınını təmin etmək lazımdı. Bu istiqamətdə də, hələ də fəaliyyətdə olan komunist
psixologiyasından xilas olmalıyıq. Böyük maliyyə və bank qurumlarının ölkəyə
buraxılması düzgün təşkil olunan zaman 
iqtisadi sistemə heç bir zərər verə bilməz, tamamilə əksinə, ölkənin
sürətli inkişafına ciddi təkan verəcək.

– dünya bazarlarından maliyyə əmanətlər və birbaşa investisiyalar
toplamaq üçün Azərbaycanın böyük banklarının dünyanın iri maliyyə mərkəzlərində
filiallarının açılması və bu işə dövlət dəstəyinin verilməsi. Beynəlxalq bank,
Kapital bank, Aksess bank kimi iri bankların Nyu-york, London, İtanbul,  Tokio, Pekin, Paris, Frankfurt kimi
şəhərlərdə filiallarının qurulması və bu strukturlar vasitəsilə əmanətlər və
birbaşa investisiyaların ölkəyə axınını təşkil etmək məqsədəuyğun olardı.

– valyuta rezervlərinin (əsasən ekstrarezervlərin) qarşılıqlı
yerləşdirilməsi üçün bir neçə Türk dövlətlərinin  valyuta ittifaqının yaradılması və qarşılıqlı
risk təminatı ilə uyğun məbləğlərin müfafiq banklarında yerləşdirilməsi və bu
münvalla ölkəyə maliyyə axınının gücləndirilməsi.

-Hər şeydən əvvəl maliyyə axının məqsədlərinin, istifadə
istiqamətlərinin müəyyənləşdirilməsi, ciddi və çoxsaylı layihələrin
hazırlanması, layihələrin idarəetmə sisteminin qurulması (TC-nin keçmiş
prezidenti T. Ozalın müəyyən etdiyi çoxsaylı üsullarla – qur-işlət-sat; qur-işlət-təslim
et, qur-işlət və s.), layihələrin beynəlxalq tenderlərə çıxarılması, bütün
müvafiq dövlət strukturlarının  bu işə
cəlb olunması.

 Belə kompleks tədbirlərin həyata keçirilməsi ölkəni yalnız böhrandan
çıxarmağın əsas yolu deyil, həm də inkişaf etmiş ölkələr səviyyəsinə qldırmağın
ən optimal üüsuludu.

Saleh Məmmədov,tanınmış iqtisadçı alim, professor, keçmiş maliyyə naziri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler