Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Eldar Sabiroğlu oğluna sifarişli hökm çıxarmış hakimden edliyye nazirine şikayet etdi

21 Eylül 2016

5:40 am


21/09/2016 [09:37]: xeber –
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 9 il azadlıqdan məhrum edilən “üsyançı müstəntiq” Rüfət Səfərovun atası sabiq deputat Eldar Sabiroğlu ədliyyə naziri, Məhkəmə Hüquq Şürasının sədri  Fikrət Məmmədova şikayət məktubu yazıb. Gununsesi.info-nun xəbərinə görə, Eldar Sabiroğlu məktubunda üzləşdikləri qanunsuzluqdan gileylənib:”Hörmətli Fikrət müəllim! 08 sentyabr 2016-cı il tarixində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə oğlum Rüfət Səfərov CM-nin 311.3.2 maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırıldı. Hakim Asim Hacıyevin qanunsuz hökmünə etiraz əlaməti olaraq apellasiya şikayəti vermək niyyətindəyik. Lakin bu günə qədər hansı səbəbdənsə hökmün surəti nə vəkil Bəhruz Bayramova,nə də təqsirləndirilən şəxs Rüfət Səfərova təqdim edilməmişdir. Mən bunu bir valideyn kimi ciddi qanun pozuntusu hesab edir və hakim Asim Haciyevin bu aşkar qərəzini anlamaqda çətinlik çəkirəm. Nəzərinizə onu da çatdırmaq istəyirəm ki, hökmün təqdim edilməsinin gecikdirilməsi vəkil Bəhruz Bayramovu hökmü almadan ilkin apellasiya şikayəti verməyə məcbur etmişdir.Təqsirləndirilən şəxs Rüfər Səfərovla bağlı mövcud hüquq pozuntusunun aradan qaldırılmasına və hökmün tezliklə aidiyyatı şəxslərə çatdırılmasına köməklik göstərmənizi Sizdən xahiş edirəm”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler