Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Eldar Sabiroğlu komite üzvlerine teşekkür etdi

07 Ekim 2016

1:00 pm


07/10/2016 [16:56]: xeber –
sayt xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat
xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu Rüfət Səfərovun Hüquqlarını Müdafiə
Komitəsinin üzvlərinə təşəkkürünü bildirib. Müraciətdə deyilir:

“Qanunsuz həbsə atılmış
Rüfət Səfərovun hüquqlarını müdafiə
edən komitənin dəyərli üzvlərinə
Hörmətli dostlar! Özüm üçün bir mənəvi borc hesab etdiyimdən qisaca olaraq
Sizinlə ürək sözlərimi bölüşmək qərarına gəldim.Öncə göstərdiyiniz xeyirxah təşəbbüsə
görə Sizlərin hər birinizə dərin təşəkkürümü və sonsuz sayğılarımı ifadə edirəm.Rüfətin
müdafiəsi üçün yaradılmış komitədən xəbər tutarkən bir valideyn olaraq
sevindim. Keçirdiyim hislər üzərində indi təfərrüatı ilə dayanmaq istəmirəm.Amma çıxardığım xeyli nəticələr oldu. Sizin
haqqı, ədaləti, özgür fikri qorumaq uğrunda çarpışan və bu şərəfli, iztirablı
yolda hüquqları pozulan, tapdalanan günahsız hər bir vətəndaşımıza sahib
durmanızın qiyməti mənim üçün əvəzsizdir. Bu insani, mərd və cəsur mövqeyinizlə
mənə həm də tarixin bir dərsini xatırlatdınız. Bunu açıqca etiraf edirəm. Müdafiə
Komitəsinin tərkibində vaxtilə sərt tənqidlərimə məruz qalan şəxslərin təmsil
olunduğunu görəndə xəyal bir anlığa məni keçmişlərə qaytardı və 25 ilə yaxın
xidmətində dayandığım hökumətin gerçək siyasi fəlsəfəsinin həyatımda buraxdığı
“izlərin”səsini təkrar eşitməli oldum. Ağır bir işdir. Amma nə etməli ki, taleyin
belə amansızlıqları ilə də qarşılaşdım. Nə isə…Yəqin bu da Allahın bir qismətidir.
Sizlərə bir daha ailəm adından öz minnətdarlığımı və
ehtiramımı bildirirəm.Çox, çox sağ olun!”
Hörmətlə Eldar Sabiroğlu
07.10.2016 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler