Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Eldar Sabiroğlu Əbülfez Elçibeyle bağlı mehkemede Heyder Əliyevin vekili olmayıb”

24 Eylül 2016

10:32 am


24/09/2016 [14:28]: xeber –
Müdafiə Nazirliyinin mətbuat
xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu saytımıza açıqlamasında təxminən 20
il bundan öncə sabiq prezident Əbülfəz Elçibəyin Heydər Əliyevi təhqir etdiyinə
görə, Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə verilməsinə, həmin məhkəmə zamanı
H.Əliyevin ictimai müdafiəçisi qismində çıxış etdiyinə diqqət çəkib. Məhkəmədə
çıxışlarının olduğunu bildirən E.Sabiroğlu Ə.Elçibəyin ona ünvanladığı xəbərdarlığı
da xatırladıb:

“Sabiroğlu hələ ki,
alovlu çıxışlar edə bilərsən, buna görə tərifnamələr də almağın mümkündür. Ancaq onu
yadında saxla ki, vaxt gələcək rejim sənin dərini soyub yaman günə qoyacaq. Mənim
bu sözlərimi qulağında sırğa elə”.

Məsələ ilə bağlı
sayt-a açıqlama verən millət vəkili Siyavuş Novruzov E.Sabiroğlunun
sözügedən məhkəmə prosesində H.Əliyevin vəkili olmadığını vurğulayıb:

“E.Sabiroğlunun məlum
prosesdə H.Əliyevin vəkili olması ilə bağlı səsləndirdiyi fikirlər tamamilə əsassızdır.
Həmin məhkəmə prosesində H.Əliyevin dörd vəkili olub. H.Əliyevin vəkili qismində
mən, tibb universitetinin professoru Vaqif Şadlinski, millət vəkili Kərim Kərimov,
bir də artıq haqq dünyasında olan Ağalar Abasbəyli çıxış edirdi. Biz vəkil
olaraq rəsmi qaydada qeydiyyatdan keçən şəxslər olmuşuq. Bu gün məhkəməyə
müraciət edib həmin sənədlərlə tanış olmaq, həmin vəkillərin kimliyinə aydınlıq
gətirmək mümkündür. Bir daha qeyd edirəm ki, E.Sabiroğlunun H.Əliyevin vəkili
olması ilə bağlı səsləndirdiyi fikirlər əsassızdır və həqiqəti əks etdirmir”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler