Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Eldar Mahmudovun prezidentlik kürsüsü vedi ile “torbasını tikibler” – İDDİA

11 Temmuz 2016

5:04 pm


11/07/2016 [21:01]: xeber –
Sabiq MTN rəhbəri Eldar Mahmudovun xarici ölkələrin xüsusi xidmət orqanları ilə fərdi maraqlara əsaslanan iş birliyinin əsl səbəbi bəlli olub. Bu barədə sayt – ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, bu vaxta qədər E.Mahmudovun xarici dövlətlərlə yalnız maddi marağını təmin etmək üçün çoxşaxəli əməkdaşlıq etdiyi ehtimal edilsə də, sən demə, əsl səbəb tamamilə başqa olub:“E.Mahmudovun öz şəxsi maraqlarını təmin etmək üçün xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan külli miqdarda vəsait əldə etdiyi bəllidir. Lakin pul qazanmaq E.Mahmudovla xarici dövlətlər arasındakı gizli əməkdaşlığın əsas hədəfi olmayıb. Nə qədər inanılmaz olsa da, E.Mahmudovun xüsusi xidmət orqnaları ilə əməkdaşlığının kökündə prezident olmaq istəyi dayanıb. Belə ki, E.Mahmudovun onsuz da milyardlarla manat məbləğində böyük bir sərvətə sahib olduğunu bilən bəzi xarici xüsusi xidmət orqanları sabiq nazirdən öz məqsədləri naminə istifadə etmək üçün ona öz dövlətləri adından prezidentlik kürsüsü vəd ediblər. Onlar E.Mahmudovu inandırıblar ki, təmsil etdikləri dövlətlərin rəhbərliyi Azərbaycanda məhz onun prezidentliyini daha münasib hesab edir və bu məqsədlə ona bütün lazımi köməkliyi göstərəcəklər. E.Mahmudov da xarici xüsusi xidmət orqanları ilə məhz bu təminat qarşılığında əməkdaşlıq etməyə razılaşıb”.Mənbənin məlumatına görə, E.Mahmudovun vəzifədən uzaqlaşdırılsa da, hələ də məsuliyyətə cəlb edilməməsi bəzi iri güclərin rəsmi Bakıya göstərdiyi təzyiqin nəticəsidir. Belə ki, onlar bütün səlahiyyətini itirməsinə baxmayaraq hələ də E.Mahmudovu müdafiə etməyi lazım hesab edir. Bu isə onların E.Mahmudov faktorundan gələcəkdə də istifadə etmək niyyətindən xəbər verə bilər… 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler