Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Eldar Mahmudovun heyfini “Tepegöz” leqebli odioz generaldan alırlar

28 Ekim 2016
6:28 am


28/10/2016 [10:25]: xeber –
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov təqaüddən də məhrum edilib. Bunu musavat.com-a açıqlamasında A.Çovdarovun vəkili Kamandar Nəsibov deyib. Onun sözlərinə görə, Akif Çovdarova yaşa görə təqaüdünün verilməsi ilə bağlı bütün sənədlər hazır olub. Amma təqaüdün verilməsinə problemlər yaradılıb. “Akif Çovdarovun nümayəndəsi Dövlət Sosial Müdafiə Fonduna bütün sənədləri təqdim etmişdi. Sənədlər qaydasında idi və pensiya kartının alınması vaxtı da açıqlanmışdı. Dövlət Təhlükəsizlik Xidmətindən də lazmi sənədlər fonda göndərilmişdi. Lakin son anda fonddan bildirilib ki, DTX sənədləri geri tələb edib. Buna görə də pensiyanın verilməsi dayandırıldı”.Vəkil bununla bağlı DTX-yə da müraciət etdiklərini deyib: “DTX-nin müvafiq idarsindən bildirildi ki, bu barədə göstəriş olduğu üçün sənədləri geri alıblar. Başqa bir izah verilmədi”.Yada salaq ki, bu açıqlamadan əvvəl vəkil Akif Çovdarovun hüquqlarının tapdanması səbəbi ilə aclıq aksiyası keçirdiyini, ona tibbi yardım göstərilmədiyini açıqlamışdı. Bu məlumatlar yayılandan sonra belə xəbərlər dolaşmağa başlayıb ki, odioz generala qarşı sərgilənən münasibət əslində Eldar Mahmudova yönələn qəzəbdən qaynaqlanır. Akif Çovdarov MTN-ə, MTN-dəki yüksək vəzifəyə məhz Eldar Mahmudovun birbaşa dəstəyi ilə gətirilmişdi. Çovdarov Mahmudovun sağ əli olub.    A.Çovdarov əvvəllər həbsxana işçisi olub. Eldar Mahmudov 1993-2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifəsində işləyəndə A.Çovdarovu həmin idarəyə, milli təhlükəsizlik naziri təyin olunanda isə özü ilə MTN-ə gətirib. Eldar Mahmudovun “vuran əli” və “qara kassa”sı kimi tanınıb. “Təpəgöz” ləqəbli odioz general əsasən iş adamlarının qorxulu yuxusuna çevrilmişdi. Onun MTN-də qeyri-rəsmi olaraq əsas vəzifəsi Azərbaycana gələn iş adamlarını, yerli iş adamlarını soymaq olub. E.Mahmudov vəzifəsindən qovulandan sonra iş adamları da Baş Prokurorluğa və Prezident Administrasiyasına etdiyi şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını qeyd ediblər.Bu baxımdan, A.Çovdarova qarşı sərgilənən münasibətin Eldar Mahmudova yönələn qəzəbdən qaynaqlanması haqda xəbərlərdə həqiqət yükünü inkar etmək olmaz. Çünki Mahmudov və onun komandası iş adamları ilə yanaşı, bu gün əməllərini araşdıran məmurların özlərinə, ən müxtəlif dövlət qurumlarında çalışan yaxınlarına belə qan uddurub, pullarını əllərindən alıblar. Bir müddət əvvəl Daşkəsənin icra başçısı Əhəd Abıyev A.Çovdarovun ona qarşı əməliyyatından danışmışdı. Məlum olmuşdu ki, ötkəmliyi ilə ad çıxaran icra başçısından belə A.Çovdarov pul qoparmağa çalışıb. Onun adamlarını həbs etdirib, Ə.Abıyevin ünvanına nalayiq sözlər işlətməkdən, onu təhdid etməkdən, boynunu sındırmaqla hədələməkdən çəkinməyib. Əlbəttə ki, A.Çovdarov bütün bunları vəzifəsinə, Eldar Mahmudova güvənərək edib. Buna şübhə yoxdur. Bu gün A.Çovdarovun 11 il ərzində etdikləri öz başına gəlir. Vaxtilə onun ən sərt şəkildə etdiklərini, bu gün ona bir qədər yumşaq şəkildə qaytarırlar. Məsələnin bu tərəfi də var ki, A.Çovdarov etdiklərinə görə qanun qarşısında cavab verməlidir. O, cinayət törətdiyinə görə təqaüddən məhrum edilə bilərmi? “Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış deyir ki, “Əmək pensiyaları haqda” Qanuna  görə, kimliyindən asılı olmayaraq yaşa görə təqaüd düşürsə, həmin şəxs qeydiyyatda olduğu ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidir: “Akif Çovdarova təqaüd düşürsə, ona 10 gün müddətinə təqaüd təyin etməli idilər. İnanmıram ki, Akif Çovdarova təqaüd təyin olunması üçün qanuni əsaslar olub. Olsaydı, təyin edərdilər”. M.Baxış deyir ki, A.Çovdarova təqaüd verilməsindən törətdiyi cinayətlər səbəbindən imtina mümkün deyil: “İttiham aktında onun hansı cinayətləri törətməsi, 40-50 milyonluq əmlakına həbs qoyulması məsələnin mahiyyətini dəyişmir. Əgər təqaüd yaşı çatıbsa, 10 gün ərzində ona təqaüd təyin etməlidirlər. Bütün Azərbaycan cəmiyyətinə bəllidir ki, Akif Çovdarov MTN-də çalışarkən yalnız cinayətkar əməlləri haqda məlumatlar gəlib. Onun cinayət məsuliyyətinə cəlb olunması üçün həmin illərdə müsahibələr verib çağırışlar edirdik. Onun MTN-də işləməsi Azərbaycan dövlətini nüfuzdan salırdı. Bu gün Akif Çovdarov guya hüquqlarının pozulması ilə bağlı fikirlər səsləndirir. Düşünürəm ki, bu fikirlərin heç bir əsası yoxdur”.M.Baxış deyir ki, Azərbaycan qanunvericiliyinə görə, xüsusilə ağır cinayət törətmiş şəxslərə belə təqaüd təyin olunması yasaqlanmır: “Təqaüddən məhrumetmə Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb. Şəxs ağır, xüsusilə ağır cinayət törədibsə belə, bu əsasla ona  təqaüd təyin etmədən imtina edilə bilməz. Yəni Akif Çovdarovun evindən 70 milyon manat çıxıbsa belə, bu, ona təqaüd verilməsindən imtina üçün əsas deyil. Onun əmək haqqı ən çoxu 1200 manat olardı. A.Çovdarov hələ işlədiyi dövrdə bilməliydi ki, oğurluqla, quldurluqla, soyğunçuluqla qazanılan pullar bir gün əlindən alınacaq. Görünür, savadı, tərbiyəsi, əxlaqı belə hərəkətlərə yol verməsinə imkan verib. Bununla belə, bütün bunlar onun təqaüddən məhrum edilməsinə əsas vermir”.Xatırladaq ki, Akif Çovdarov oktyabrın 25-i, saat 09:00-dan aclıq aksiyasına başlayıb. Buna səbəb kimi səhhətində yaranan problemlərin müalicəsinə süni problemlər yaradıldığını göstərib. (musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler