Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Eldar Mahmudovun bezi “nazirleri” qurban adı ile maskalanıb

17 Ekim 2016

6:44 am


17/10/2016 [10:40]: xeber –
“MTN işi” ilə bağlı sayt-a a ilginc informasiya daxil olub.
Özəl mənbədən daxil olan məlumata görə, sabiq MTN rəhbəri Eldar Mahmudova xüsusi
yaxınlığı ilə seçilən, onunla biznes şərikliyi olan, habelə keçmiş nazirə
cani-dildən xidmət etdiyi üçün gələcək “baş nazir” E.Mahmudov tərəfindən nazir
vəzifəsi vəd edilən bəzi şəxslər bu gün qurban cildində maskalanaraq məsuliyyətdən
yayına biliblər. Onların arasında E.Mahmudovun əleyhinə tənqidi bəyanatlar səsləndirən,
onu “ifşa edən”  şəxslər də var ki, bu bəyanatlar
həmin şəxslərin sabiq nazirin çətiri altında olduğu faktını pərdələməyə
hesablanıb.

Mənbənin sözlərinə görə, E.Mahmudovla yanaşı çoxlu sayda
qanunsuzluqlara imza atan bu şəxslərin arasında hazırda müxtəlif cinayətlərə
yol verdiyi üçün həbsdə olanlar da var. Hansı ki, E.Mahmudov dönəmində müxtəlif
dövlət qurumlarının rəhbərliyində təmsil olunan və sabiq nazirin
saysız-hesabsız qanunsuz sifarişlərini yerinə yetirən bu şəxslər “MTN işi”nə görə
deyil, dövlət əmlakını talama, səlahiyyət çərçivəsini aşma və s. maddələrə görə
məhkum edilib. Bu isə onların daha az cinayətə görə cəzalanması və daha böyük
qanunsuzluğa görə məsuliyyətdən yayınması deməkdir.

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler