Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Eldar Mahmudovun baş “torbatiken”inin dar gün tedarükü – Generalın Çexiya biznesi…

17 Temmuz 2016

7:32 pm


17/07/2016 [23:30]: xeber –
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlan Şıxəliyevin  Çexiyada böyük biznesi var. MTN-in baş istintaqçısı olmuş Mövlan Şıxəliyev bu biznesi hələ beş il öncə yaradıb. Bu barədə Mövlam Şıxəliyevə yaxın mənbə məlumat verib. Mənbənin sözlərinə görə, generalın Çexiya paytaxtı Praqada bir neçə restoranı var. Onların idarəçiliyi isə oğlundadır.Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyindəki cinayətkar dəstənin əsas üzvlərindən biri olan Mövlan Şıxəliyev saxta-qurama ittihamlarla şərlənən yüzlərlə insanın həyatını məhv edənlərdəndir. Onun əlinin altında olan istintaqçılar son illər ərzində yüzlərlə Azərbaycan vətəndaşını qanunsuz həbsə yollayıb.Mövlan Şıxəliyevin azadlıqda qalması isə cəmiyyətdə ciddi suallar doğurur. Görünür, Mövlan Şıxəliyevin həbsə girməsinə mane olanlar var. Yaxın günlərdə azadlıqda qalan şəbəkənin əsas simalarından biri olan bu adam barəsində daha geniş araşdırmamızla tanış ola biləcəksiniz.(Gununsesi.info)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler