Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Eldar Mahmudovun azadlıqda qalması hakimiyyete lekedir”

08 Eylül 2016

10:28 am


08/09/2016 [14:24]: xeber –
Tanınmış hüquqşünas Əyyub Kərimov sayt-a açıqlamasında sabiq MTN rəhbəri Eldar Mahmudovun hələ də məsuliyyətə cəlb edilməməsinə münasibət bildirib. Bu qədər olaydan sonra E.Mahmudovun hələ də istintqa cəlb edilməməsinin başadüşülən olmadığını bildirən Ə.Kərimov, onun faktiki olaraq toxunulmaz şəxs qismində çıxış etdiyini bildirdi:”MTN işi” ilə bağlı baş verənlər, törədilən çoxlu sayda cinayətlər media və rəsmi məlumatlardan ictimaiyyətə məlumdur. Bu da aydındır ki, MTN-dəki cinayətkar dəstənin yol verdiyi qanunsuzluqlar E.Mahmudovdan xəbərsiz halda həyata keçirilə bilməzdi. Bu, mümkünsüzdür. Lakin buna baxmayaraq E.Mahmudov hələ də cinayət məsuliyyətinə cəlb edilməyib. Təsəvvür edin ki, bunca qanunsuzluqdan sonra bu insanı sadəcə vəzifədən uzaqlaşdırmaqla kifayətləniblər. Hesab edirəm ki, E.Mahmudovun azadlıqda qalması ilk növbədə hakimiyyətin özünə ləkədir. Prezident İlham Əliyev bildirir ki, Azərbycanda toxunulumaz şəxs yoxdur. Lakin görünən odur ki, kimsə E.Mahmudova toxunmur, törədilən bunca qanunsuzluğa görə ondan hesab sorulmur. Bu isə hüquq adına utancverici bir haldır”.Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler