Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Eldar Mahmudovla bağlı yeni iddialar -Xarice gedir, Bakıda restoranda olur…

19 Ekim 2016

5:24 am


19/10/2016 [09:20]: xeber –
1 il əvvəl Milli Təhlükəsizlik Nazirliyində baş verən qəfil yoxlamalar qurumun ləğvi, bir çox vəzifəlilərin isə həbsi ilə sonuclandı. Bu müddət ərzində işdən qovulan milli təhlükəsizlik naziri Eldar Mahmudovun istintaqa cəlb edilməsi ilə bağlı rəsmi hər hansı bir  açıqlama verilməyib.Deputat Zahid Oruc MTN olaylarının 1 illiyi ilə bağlı sabiq nazirin həbs olunmamasının mümkün səbəblərini dilə gətirib. Deyib ki, E.Mahmudov nazirliyi dövründə ölkədən milyardlarla vəsait çıxara bilib. Deputat bu fikirdədir ki, sabiq nazirin həbs edilməməsi bu vəsaitin geri qaytarılmasına nail olmaqdan ötrü atılan addımdır. Z.Oruc həmçinin E.Mahmudovun vəzifədən qovulandan sonra öldürülməsi haqda yayılan məlumatlara da münasibət bildirib. Deyib ki, E.Mahmudov yaşadığı imarətində nəzarət altındadır.  Azpolitika.info saytı bu xüsusda maraqlı informasiyalarla zəngin yazı təqdim edib. Saytın yazdığına görə, çoxsaylı ağır cinayət ittihamlarına baxmayaraq, Eldar Mahmudovun barəsində cinayət işi başlanmayıb, həbs olunmayıb, ev dustaqlığı isə qeyri-rəsmi xarakter daşıyır – bu barədə rəsmi məhkəmə qərarı mövcud deyil. E.Mahmudovdan başqa ağır cinayət ittihamları ilə üzləşən onlarla keçmiş MTN vəzifəliləri, o cümlədən nazir müavini Hilal Əsədov, baş idarə rəisi Mövlan Şıxəliyev və digərləri məsuliyyətdən kənardadırlar. İstintaq yalnız ilk dalğada həbs olunan 21 nəfəri ittiham etməklə kifayətlənib. Sayt yazır ki, hələ də Eldar Mahmudovun “vurulmasının” əsl səbəbi tam bəlli deyil. İstintaqın əsas götürdüyü istiqamət və çoxsaylı sahibkarların mediadakı çıxışları isə əlbəttə ki, gerçək səbəbin üzərinə çəkilmiş pərdədir. Açıq qalan ikinci sual Eldar Mahmudovun belə total əks-kampaniyadan, cinayət ittihamları və rəsmi hücumlardan sonra həbs olunmaması ilə bağlıdır. Bununla bağlı dolaşan ən populyar versiya 11 il Azərbaycanın xüsusi xidmətinə rəhbərlik etmiş Mahmudovun əlində çoxsaylı kompromat materialların olması və bundan öz təhlükəsizliyini təmin etmək üçün şantaj vasitəsi kimi istifadə etdiyi barədədir. Bu ehtimalı tam olaraq kənara itələmək mümkün olmasa da, bir qədər inandırıcı görünmür. Eyni məntiqlə götürsək, məsələn, Akif Çovdarovun, Elçin Quliyevin və digərlərinin də əlində güclü kompromatlar olmalı idi, lakin onlar həbsdədirlər.Eldar Mahmudovun hələlik azadlıqda olmasının bir səbəbi də ölkədən çıxarılmış milyardlarla dolların geri qaytarılacağına olan ümiddir. Sayt Z.Orucun müsahibəsində dilə gətirdiyi “milyardlarla vəsaitin ölkəyə qaytarılmasına görə Eldar Mahmudovun azadlıqda qalması” fikrini təsdiqləyən məlumatları da diqqətə çatdırır: “E.Mahmudov da bu şərtlə razılaşıb – müəyyən qədər bağışlanması müqabilində ölkədən çıxardığı kapitalın böyük hissəsini qaytarmağa meyllidir. Lakin bu əməliyyat bəlli səbəbdən – tərəflərin bir-birinə inamsızlığı ucbatından mərhələli şəkildə həyata keçirilir. Məlumata görə, Eldar Mahmudov pulların geri qaytarılması işi ilə şəxsən məşğul olur. Bu məqsədlə son bir ildə 5 dəfə ölkədən çıxıb və geri qayıdıb. Heç şübhə yoxdur ki, sabiq nazir ölkədən xüsusi razılıq əsasında, vaxtilə xaricə daşıdığı pulları gizli hesablardan çıxararaq geri qaytarmaq məqsədilə buraxılıb. Bu zaman təminat qismində isə əlbəttə ki, onun ailəsi çıxış edib…”Yayılan məlumatlara görə, E.Mahmudov tez-tez Bakıda, Heydər Əliyev prospektində yerləşən elit “Miraj” restoranında olur. Spirtli içkilərə meylli olması hələ nazirliyi dövründən bilinən E.Mahmudovun restoranda gecəyarısına qədər olması da gələn məlumatlar sırasındadır. Əməkdaşımız restoranla əlaqə saxlayaraq sabiq nazirin ora baş çəkib-çəkməməsi ilə maraqlanıb. Restorandan müştərilərlə bağlı hər hansı bir açıqlama vermədiklərini söyləyiblər. (musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler