Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Eldar Mahmudov Vekiller Kollegiyasının sedrini de “yükleyib” – 700 MIN

12 Temmuz 2016

10:36 am


12/07/2016 [14:32]: xeber –
Eldar Mahmudovun milli təhlükəsizlik naziri olduğu dönəmdə bu qurumun ayrı-ayrı imkanlı adamlardan şantaj, hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməsi faktları açılmaqdadır. Demək olar ki,hər yeni gündə Azərbaycan vətəndaşları MTN-nin daha bir dəhşətli əmələrinin üzə çıxmasının şahidi olur. Bu cür faktlardan bir neçəsini Gununsesi.info olaraq, biz ortaya çıxarırıq. Bu arada  Eldar Mahmudovun şantaj yolu ilə pulunu aldığı daha bir şəxs barəsində rezonans doğura biləcək bilgi daxil olub. Bu, Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyevdir. Belə ki, kollegiya sədrinin yaxın çevrəsinə daxil olan şəxslərdən birinin şəxsi həyatına aid video görüntülər çəkən MTN-nin Anti -Terror Mərkəzinin əməkdaşları sonradan onu şantaj edərək, 700 min manat pulunu alıb. Məlumatda o da bildirilirki, Azər Tağıyev pulun bir hissəsini kollegiyanın hesabından çıxarıb.Məlumatla bağlı Azər Tağıyevin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı. Belə ki, sualmızı köməkçisi vasitəsi ilə dinləyən kollegiya sədri cavablandırmaqdan imtina edib.Buna baxmayaraq, davamlı səylərimizdən sonra Vəkillər Kollegiyası sədrinin müavini Aydın Axundovla danışa bildik. O, bu barədə deyilənlərin həqiqəti əks etdirmədiyini dedi: “Mən sizin sorğunuzla bağlı Azər müəllimin özündən də soruşdum. O, belə bir hal olmadığını dedi. Görünür, kimlərsə, Azər müəllim barəsində bu cür yalan məlumat yayırlar”.Araşdırmamız davam edəcək.(gununsesi.info)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler