Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Eldar Mahmudov şeyxe de “haqq qoymaq” isteyib…

15 Temmuz 2016
6:28 am


15/07/2016 [10:27]: xeber –
Ləğv olunmuş Milli Təhülkəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən 2014-cü ilin dekabrında dövlətə xəyanətdə ittiham edilərək həbs olunan ilahiyyatçı Elşən Mustafaoğlu məhkəməsində olduqca ilginc açıqlama verib. Deyib ki, onu həbs edəndən sonra 2 gün zülm verməklə milli qəhrəman Rövşən Əkbərov və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin əleyhinə ifadə verməsini tələb ediblər.E.Mustafaoğluna elan edilmiş ittihamda onun  İranın xeyrinə casusluq etdiyi yer alır. İlahiyyatçı ittihamı qəbul etmir, saxta, hər cümləsinin yalan olduğunu bildirir.  Məsələnin maraqlı tərəfi odur ki, E.Mustafaoğlu həbsindən 1 ay əvvəl – 2014-cü il noyabrın 23-24-də şeyxin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində rəsmi səfərdə olub. Qonşu ölkənin tanınmış din alimlərindən olan Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin dəvəti ilə gerçəkləşən səfərdən məqsəd İranın Qum şəhərində “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda keçirilən Beynəlxalq konfransda iştirak etmək olub. Səfərdə Şeyxülislam Allahşükür Paşazadə, QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, QMİ-nin Elmi-Dini Şurasının sədri, Akademik Vasim Məmmədəliyev, QMİ-nin Nəşriyyat şöbəsinin müdir müavini, video-elektron bölməsinin rəhbəri Elşən Mustafayev, QMİ-nin Fətva şöbəsinin əməkdaşı Mircəfər Əyyubov, QMİ sədrinin səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli və QMİ-nin əməkdaşı Həmid Bağırov müşayiət ediblər. Nümayəndə heyətinin tərkibindən məhz E.Mustafaoğlunun seçilməsi təsadüfi olmayıb. E.Mustafaoğlu məhkəməsində açıqlayıb ki, həbsindən əvvəl dostlarından biri SEPAH rəsmisinin onunla görüşmək istədiyini deyib. O isə bu haqda MTN-ə məlumat verib. Bundan sonra ona qarşı ciddi təzyiqlər başlayıb. Ehtimal olunur ki, E.Mustafaoğlunun bu cür davranışı MTN-in sabiq rəhbərliyinin cızdığı planı pozub. Ola bilər ki, SEPAH rəsmisinin onunla görüşmək istəməsi məsələsi MTN tərəfindən quraşdırılmış iş olub. Yəni bu qara planı cızmaqla, öz agentlərindən birini SEPAH rəsmisi qiyafəsinə salaraq, E.Mustafaoğlu ilə görüşdürmək istəyən  Eldar Mahmudov QMİ-yə qarşı kompromat toplamaq istəyib. Lakin E.Mustafaoğlu sayıq davranaraq, önləyici addım kimi, dərhal MTN-ə məlumat verib. Bundan qeyzlənən E.Mahmudov isə onu digər iddia ilə tutub.Digər bir maraqlı məqam isə E.Mustafaoğlunun həbsi və qonşu dövlətin xeyrinə casusluqda ittiham olunması iki dövlət arasında münasibətlərdə istiləşmə müşahidə olunan dövrə təsadüf edib. E.Mustafaoğlunun həbsinin bu məqamla əlaqəli olacağı ehtimalları var. Mahmudovun dəstəsi onu qonşu dövlətin casusu kimi həbs etməklə münasibətlərin yaxşılaşmasının qarşısının alınmasına xidmət edə bilərdi. Bundan başqa, “mahmudovçu”lar E.Mustafaoğlunu həbs etməklə özlərinin şəxsi maraqlarından çıxış etmələri də istisna deyil. İddia olunur ki, E.Mustafaoğlunu həbs etməklə şeyxi də digər imkanlı vəzifə daşıyıcıları kimi aylıq xərac ödəməyə məcbur etmək istəyiblər. Hətta belə məlumatlar da var ki, Elşən Mustafaoğlunun həbsi ərəfəsində “Bibiheybət” məscidində nə qədər nəzir pulu yığıldığının müəyyən olunması üçün Eldar Mahmudov məscidə MTN-dən nümayəndə göndərib. Sonradan bu prosesin şeyxin xərac ödəməsinə yol açıb-açmaması haqda dəqiq bilgilər yoxdur.Sabiq MTN zabiti Sülhəddin Əkbər bu ehtimalların mümkünlüyünü istisna etmir. Deyir ki, Eldar Mahmudovun rəhbərlik etdiyi qurum təmsilçiləri o qədər qanunsuzluqla ediblər ki, hər gün bir yenisi üzə çıxır:  “Fəaliyyətlərinə diqqət etsəniz görərsiz ki, çoxlu sayda belə qanunsuzluqlar olub. Əslində cinayət tərkibli qanunsuzluqlara yol veriblər. Bu baxımdan ölkə ictimaiyyəti, Azərbaycan siyasi hakimiyyəti də bu məsələyə ciddi diqqət ayırmalıdır. Hər hansı bir şəxsi xarici xüsusi xidmət orqanı ilə əlaqədə suçlamaq üçün əldə çox ciddi, inkar edilməz dəlil-sübutlar olmalı, ortaya qoyulmalıdır. Casusluq ən çətin sübut olunan cinayətlərdən biridir və Eldar Mahmudovun dövründə baş verən qanunsuzluqları nəzərə alanda bu məsələ çox ciddi şübhələr yaradır. Azərbaycanın məhkəmə sistemi bu işə baxarkən keçmiş Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini nəzərə almalıdır”. S.Əkbər deyir ki, Elşən Mustafaoğlu ilə tanışlığı olub və MTN-in ona təzyiqləri haqda əvvəldən məlumatlı olub: “İllər öncə Elşən Mustafaoğlu mənə müraciət edərək ona MTN tərəfindən təzyiqlər olunduğunu bildirmişdi, məsləhət istəmişdi”. S.Əkbər deyir ki, E.Mustafaoğluna təzyiqlər həmin dövrdə MTN-lə əməkdaşlığa cəlb edilməsi prosesinin tərkib hissəsi olub. Sabiq MTN zabiti belə bir şəkildə əməkdaşlığa cəlbetmənin yolverilməz, biabırçı olduğunu da diqqətə çatdırdı: “İnsanları zorla, şantaj etməklə MTN-lə əməkdaşlığa cəlb etmək nə qədər effektsiz olduğu ortadadır. Deməli şəxsi lazimi səviyyədə öyrənməyiblər. Öyrənmədikləri halda ona təklif ediblər. Əslində isə əməkdaşlığa cəlbetmə ciddi və ağır bir prosesdir. Şəxs hərtərəfli öyrənildikdən, operativ rəhbərliklə razılaşdırıldıqdan sonra əgər şərtlər uyğundursa, şəxsi əməkdaşlığa cəlb etmək təşəbbüsü göstərilməlidir. Yəni təklifə qədər bütün məsələlər aydınlaşdırılmalıdır – əməkdaşlığa cəlb ediləcək şəxs təklifi qəbul etmirsə, deməli burada qeyri-peşəkarlıq var. Və ya əməkdaşlığa hazırlıq işi başa çatdırılmayıb. Ola bilər ki, bütün bu işlər görülsün, amma şəxs əməkdaşlıqdan imtina etsin. Bu həmin şəxsi, Azərbaycan vətəndaşını incitmək MTN üçün yolverilməz bir haldır”.S.Əkbər Qafqaz Müsəlmanları İdarəsinin öz əməkdaşları E.Mustafaoğlunun müdafiəsinə yönəlik addımlarının ortada olmamasını MTN-nin işinə qarışmaq istəyinin yoxluğu ilə izah edir: “Sovet dövründə də bütün dini idarələr xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq şəraitində işləyirdilər. Hər hansı bir şəxs xarici xüsusi xidmət orqanı ilə əməkdaşlıqda ittiham ediləndə təbii ki, digərləri də bu həssas məsələdən kənar durmağa çalışırlar. MTN-lə problem yaşamaq istəmirlər. Çünki bu halda öz fəaliyyətləri MTN-nin diqqət mərkəzinə gəlir, daha yaxından izlənməyə yol açır. Belə idarələrin faəliyyətində çoxlu pozuntular olur. Ona görə də çalışırlar ki, hüquq mühafizə orqanları ilə problem yaşamasınlar”.Qeyd edək ki, Elşən Mustafa oğlu Mustafayev (Elşən Mustafaoğlu) 8 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. İbtidai təhsilini 1981-1984-cü illərdə Bakı şəhər 6 saylı məktəbdə alıb. Daha sonra 150 saylı məktəbdə təhsilini davam etdirib və 1991-ci ildə burada orta təhsilini başa vurub. 1991-1993-cü illərdə Futurologiya İnstitutunda Şərqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-1998-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə İran Beynəlxalq Universitetinin Humanitar elmlər fakültəsində “İlahiyyat pedaqogikası və İslam maarifi” ixtisası üzrə ali təhsil alıb. 1998-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspiranturasında fəlsəfə tarixi ixtisası üzrə təhsilini davam etdirib. 10 fevral 2007-ci il tarixində Bakı Dövlət Universitetində “fəlsəfə tarixi” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib və fəlsəfə elmləri namizədi (hazırda fəlsəfə doktoru) alimlik dərəcəsi alıb.(musavat.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler