Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Eldar Mahmudov mehşer ayağında – İşçileri üzüne durur…

11 Ağustos 2016

7:32 am


11/08/2016 [11:29]: xeber –
“MTN işi” ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov həbs olunmasa da, istintaqdan kənarda saxlanılmayıb.Xüsusi qrup onun günlərlə dindirərərək ifadəsini alıb. Onun ifadələrində rəhbərlik etdiyi dəstəsi barədə dəqiq bilgi yoxdur. Lakin o məlumdur ki, dəstə üzvləri bütün işləri Eldar Mahmudovun göstərişilə yerinə yetirdiklərini deyiblər. Həmçinin bu dəstənin qurbanları olan çoxsaylı iş adamları, vəzifə sahibləri də ifadələrində daha çox Eldar Mahmudovun adını çəkiblər. “Təbii ki, onlar Eldar Mahmudovun adını onun dəstə üzvlərinə istinadən çəkiblər. Dəstə üzvləri tora saldıqları şəxslərə bütün bunları Eldar Mahmudovun göstərişilə etdiklərini deyiblər. Bütün bunlar təfərrüatı ilə həmin şəxslərin ifadələrində əks olunub”, – deyə məlumatı verən mənbə bildirib.Qaynağımız deyir ki, ifadələrdə Eldar Mahmudovun adının qırmızı xətlə keçməsi istintaqı çətinə salıb: “Bu halda Eldar Mahmudovsuz məhkəmə prosesinin keçirilməsi absurd olar. Ya məhkəmə qapalı keçirilməlidir, ya da Eldar Mahmudov da həbs olunmalıdır. Amma daha çox məhkəmə prosesinin qapalı keçirilməsi üzərində dayanılıb. Lakin hakimiyyət fərqindədir ki, bu, ictimaiyyət tərəfindən birmənalı qarşılanmayacaq. Məhkəmə qapalı keçirələcəyi təqdirdə bu növbəti tamaşa kimi qiymətləndiriləcək”.Qeyd edək ki, “MTN işi” çərçivəsində 19 nəfər həbs olunub. Onlardan bir çoxu general rütbəsi daşıyır. Lakin hansısa səbəbdən Eldar Mahmudov azadlıqda saxlanılıb. Bəzi iddialara görə, Eldar Mahmudovun hələ də həbs olunmaması onun əlində hakimiyyətlə bağlı ciddi kompromatların olması ilə əlaqədardır.(gününsəsi.info)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler