Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Eldar Mahmudov hebsine hazırlıq gördü…

27 Haziran 2016

6:44 am


27/06/2016 [10:41]: xeber –
Eldar Mahmudovun nazir olduğu Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyətinə daxil olan bir qrup şəxs həbs edilsə də sabiq nazirin özünün indiyədək azadlıqda qalması cəmiyyətdə birmənalı qarşılanmır.Ancaq sabiq nazirin azadlıqda qalması isə deyəsən, uzun sürməyəcək.  Belə ki,  artıq həbsin bir addımlığına yaxınlaşan Eldar Mahmudov prosesual hüquqlarının müdafiəsi üçün özünə vəkil də tutub. Həmin vəkilin adını dəqiqləşdirilə bilib. Bu, gənc vəkil kimi tanınan Ceyhun Yusifovdur. Məlumatda bildirilir ki, artıq vəkil istintaq prosesinə qoşulub.Xəbərə aydınlıq gətirmək üçün Ceyhun Yusifovla əlaqə saxlanılsada  ondan qeyri-müəyyən cavab alınıb. Xəbəri nə təsdiq, nə də təkzib edən Ceyhun Yusifov bu barədə ona sual verilməməsini xahiş edərək, telefonun dəstəyini asıb.Onu da xatırladaq ki, hələ bir neçə gün öncə Eldar Mahmudovun səksəkədə olduğunu, qəfil ürəktutması halları yaşadığı barədə məlumat yaymışdı.(Gununsesi.info)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler