Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Eldar Mahmudov efsanesinin sonu – istintaq ilk zererçekeni tanıdı…

11 Ekim 2016

4:56 pm


11/10/2016 [20:51]: xeber –
Bütün yaxın ətrafının həbs olunmasına baxmayaraq, Eldar Mahmudov əl-qolunu yelləyə-yelləyə azadlıqda gəzir. Bir çoxları bunu müxtəlif əsrarəngiz səbəblərlə izah edirlər.Etibarlı mənbələrdən sayt – a ötürülən məlumatlar isə artıq sabiq nazirin artyıq həbsin bir addımlığında olmasından və onunla bağlı istintaqın yekunlaşmaqda olduğundan xəbər verir. Məlumata görə, Baş Prokuror yanında Ağır Cinayətlərə dair İstintaq İdarəsi Eldar Mahmudovdan şikayətçi olan Ağayev Vüqar Asif oğlunu idarəyə çağıraraq zərərçəkmiş şəxs kimi tanıyıb, ona hüquq və vəzifələri izah olunub. Qeyd edək ki, bu cinayət işini fərqləndirən əsas cəhət istintaq prosesinin birbaşa Eldar Mahmudovun əməllərini araşdırmasındadır. MTN-lə bağlı digər cinayət işləri isə qurumun başqa yetkililəri – Akif Covdarov, Teymur Quliyev, İlqar Quliyev, Natəvan Məmmədova və s. barəsində olub. İndisə Eldar Mahmudovla bağlı prosesin zərərçəkmişlərinin müəyyənləşdirilməsinə başlanılması yaxınlarda MTN şefinin barəsində də hüquqi ölçü götürüləcəyi ehtimalını qüvvətləndirir.Maraqlıdır ki, konkret olaraq Eldar Mahmudovun cinayət işində hələ ki, Vüqar Ağayev yeganə zərərçəkmiş şəxs kimi tanınıb. Digər şikayətçilərlə bağlı isə hər hansı qərar verilməyib. Mənbənin bildirdiyinə görə, bu da təsadüfi deyil: “Bir zamanlar Eldar Mahmudovun qanunsuz tələbləri ucbatından ölkədən qaçan, daha sonra ölkə başçısının məşhur korrupsiyaya qarşı çıxışından sonra geri qayıdan Vüqar Ağayevin məsələsi birbaşa Prezidentin və Baş prokurorun nəzarəti altındadır. Görünür, bu səbəbdən də V. Ağayev ilk və hələ ki, yeganə zərərçəkmiş şəxs kimi qəbul olunub”.Xatırladaq ki, adı çəkilən iş adamı bir zamanlar Eldar Mahmudovun tikinti sektorunda ortaqlarından biri olub. Daha sonra o, sabiq nazirin intəhasız tamahının qurbanına çevrilib. Mətbuatın yazdığına görə, “baş çekist” bir gün öz ortağını yanına çağıraraq, tikdiyi “Ağ ləpələr” layihəsindən nazirin xeyrinə əl çəkməyi tələb edir. Vüqar Ağayev əvvəl qulağına inanmır, nə tələb olunduğunu anlayandan sonra isə onu yerinə yetirə bilməyəcəyini deyir. Aldığı cavab isə xeyli amiranə və tükürpədici olur: “İstədiyimi öz xoşunla verməsən, səni həbsxanaya atar, mülkiyyətini zorla uşaqlarından alaram”.Necə deyərlər, “hənanın o həna” olmadığını anlayan iş adamı çarəni xaricə qaçmaqda görür. Əvvəl Gürcüstana, ordan Avropaya, nəhayət ABŞ-a yollanan V. Ağayev bir də 6 ildən sonra – Eldar Mahmudovun öz vəzifəsindən uzaqlaşdırılmasının ardından vətənə qayıdır. Bu qayıdışın səbəbi dövlət təhlükəsizliyini qoruyan qurumun rəhbər şəxslərinin içüzlərinin açılması və zərərçəkən şəxsə ən yüksək səviyyədə zəmanət verilməsiydi.Yəqin oxucuları maraq götürüb ki, görəsən, Eldar Mahmudov mülkiyyətini mənimsədiyi V. Ağayevə nə qədər atıb?Bu barədə müxtəlif zamanlarda mətbuat orqanlarında xeyli məlumatlar getdiyindən, ümumiləşdirsək, iş adamına vurulan zərər 40 milyon dollar civarındadır. 1news.az saytının 17.03.2016-cı il tarixli “Eldar Mahmudov “Ağ ləpələr” üzərində: keçmiş nazir haqqında yeni faktlar” sərlövhəli məqaləsində bu barədə deyilir:“Amerikada olduğu müddətdə atası Asif Ağayevə hədə-qorxu gəlinməklə Bakı şəhəri Nobel prospekti 2207 ünvanında olan 8.18 ha torpaq sahəsi E.Mahmudovun oğlu Anar Mahmudovun faktiki rəhbərliyi altında olan “İnşaatçı-E” MMC şirkətinə keçirilib.Belə ki, həmin “İnşaatçı-E” MMC şirkətinin rəhbəri Orxan Seyidov Anar Mahmudovun təsisçisi olduğu “Kaspian-Petrol” MMC-nin də rəhbəridir.Bundan başqa, hədə-qorxu ilə iş adamı V.Ağayevin Bakı şəhəri Salyan şosesində olan 8 hektar, Zirə qəsəbəsində şərikli aldığı 5 hektar və Şüvələn qəsəbəsində şərikli aldığı 1,2 hektar torpaq sahəsi də E.Mahmudovun qohumlarının adına rəsmiləşdirilib.Vüqar Ağayevə məxsus 810.000 manat dəyəri olan 270 kv.m qeyri-yaşayış sahəsi, 50.000 manat dəyərində “Mercedes” avtomobili də E.Mahmudovun yaxın ətrafının adına rəsmiləşdirilməklə əlindən alınıb”.Bundan əlavə, Eldar Mahmudov Vüqar Ağayevə özü üçün tikdirdiyi evin belə pulunu ödəməyib. Saytın məlumatına görə, “E.Mahmudov və onun cinayətkar qruplaşmasının şantaj və təhdid yolu ilə ələ keçirdiyi Vüqar Ağayevə məxsus əmlakın ümumi dəyəri 30 milyon manatdır”.  2009-cu ilin məzənnəsilə hesablasaq, bu məbləğ həqiqətən də 40 milyon dollar edər.Bizə ötürülən rəsmi sənədlər də sözügedən faktı təsdiqləyir. Eldar Mahmudovun əməllərinin istintaqı üçün ekspert rəyi hazırlayan “MBA Consulting Grup”un Qiymətləndirmə Hesabatına görə, yalnız Xətai rayonu, Nobel prospekti, 2207-ci məhəllədə yerləşən 2.4 ha torpaq sahəsinin ekoloji təmizləmə işlərinə və ərazidə tikilən 9 ədəd kotec tipli yaşayış evlərinin inşasına xərclənən vəsaitin miqdarı 8 milyon 851 yüz 957 manatdır. Torpağın alınmasına, layihələrin hazırlanmasına və çəkilən digər xərclərə isə bundan qat-qat artıq vəsait gedib. Məlumatlı şəxslərin bildirildiyinə görə, həmin ərazidə 8 hektardan çox torpağın qiyməti 40 milyon dollardan artıq idi.Sənəddə o da bildirilir ki, əvvəl mazut gölünə çevrilən bu torpaq sahəsi təmizlənib, torpaqla doldurulmasının ardından üzərində binalar inşa olunub. Ərazi Eldar Mahmudov tərəfindən zorla ələ keçiriləndən sonra isə görülən işlərin izini itirmək üçün həmin binalar tamamilə dağıdılıb.  Amma bu işi planlaşdırıb həyata keçirənlər incə bir nüansı unudublar – “Google Earth”-ın yaddaşını. “MBA Consulting Grup” şirkəti də məhz bu silinməz yaddaşa istinad edərək, göstərilən ünvanın ekoloji təmizləmə və torpaqlama işlərindən əvvəlki vəziyyətindən tutmuş, indiki halına qədər bütün görüntülərini üzə çıxarmış, ərazinin əldən-ələ keçməsinin əyani sübutunu ortaya qoymuşdur. Biz də uzunçuluğa yol vermədən hesabatda yer alan xəritələri təqdim edirik:Maraqlıdır ki, Azərbaycanın indiki ağır böhranlı vəziyyətində ölkə rəhbərliyi iş adamlarına münbit investisiya mühiti yaratmaq üçün nə qədər əlləşsə də, iş adamları yenə bürokratik əngəllərlə qarşılaşırlar. Deyilənlərə görə, işgüzarlıq fəaliyyətinə ən yüksək səviyyədə zəmanət almağı bacaran Vüqar Ağayev də bu cür maneələrdən uzaq deyil. Onun müxtəlif dövlət qurumları tərəfindən sıxışdırıldığı, süründürməçiliklə üzləşdiyi barədə məlumatlar verilir. Bu fakt indiki ağır iqtisadi vəziyyətimizə baxmayaraq, ölkəni idarə edən kiçik məmur zehniyyətin hələ də ortadan qalxmadığını təsdiqləyir.Faktı dəqiqləşdirmək və mövqeyini öyrənmək üçün axtardığımız iş adamını tapmaq mümkün olmadı. Həm onun, həm də bizə ötürülən məlumatlarda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.1-ci şəkilŞəkildə: Obyektin ekoloji təmizləmə və torpaqlamadan əvvəlki görüntüsü2-ci şəkilŞəkildə: Obyektin ekoloji torpaqlamadan sonrakı görüntüsü3-cü şəkilŞəkildə: Obyektin tikilişinin görüntüsü4-cü şəkilŞəkildə: Obyekt Eldar Mahmudov tərəfindən söküləndən sonra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler