Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Eldar Əzizov 9 ayın hesabatını verdi – Fotolar

18 Ekim 2016

10:28 am


18/10/2016 [14:27]: xeber –
Səbail Rayon İcra Hakimiyyətində 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.İH-dən sayt-a daxil olan xəbərə görə, rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxış edib. O, ötən 9 ay ərzində ölkədə əldə olunmuş uğurlar, həyata keçirilən layihələr barədə məlumat verərək Səbail rayonunda görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə danışıb.Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev bildirib ki, cari ilin 9 ayında Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 14 milyard 177,3 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib.9 ay ərzində Səbail rayonu ərazisində 2765 yeni daimi iş yeri, ümumilikdə isə 2003-cü ilin 01 oktyabr tarixindən 01.10.2016-ci il tarixinə kimi 51285 yeni iş yerləri acilib ki, bunun da 47817–i daimi iş yerləridir.9 ay ərzində Səbail rayonunda 659 doğum və 318 ölüm, 826 nikah və 182 boşanma halları qeydə alınıb. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler