Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Elçin Zahiroğlu yeni sayt yaratdı…

17 Ekim 2016

8:48 am


17/10/2016 [12:46]: xeber –
Bu gündən “Bakı Post” (http://bakipost.az/) saytı yeni, modern informasiya resursu kimi istifadəyə verilir. Sayta bakipost.az və bakupost.az domenlərindən giriş olacaq. Sayt rəhbərliyinin mətbuat üçün yaydığı xülasədə deyilir: “Bakı Post”un hədəfi ölkəmizin informasiya mühitində canlanma yaratmaq və məlumata daha tez çatmaqla cəmiyyətin operativ informasiya ehtiyacının ödənməsinə xidmət etməkdir. Demokratiya və plüralizm prinsiplərinə əsaslanan “Bakı Post”, hər bir izləyənin azad tribunasına çevriləcək. Bu sayt yalnız xəbər dərc etməklə kifayətlənməyəcək, təhlillər, rəylər, mütəxəssis fikirləri ilə baş verən hadisələrin əsl mahiyyətini açmağa çalışacaq.İnanırıq ki, “Bakı Post”, qısa müddət ərzində obyektiv xəbərlərin ünvanı, oxucuların etibar etdiyi, güvəndiyi bir portala çevriləcək. Ölkəmizə “Bakı Post”un pəncərəsindən baxın. Daha gerçək bir ölkə görmək üçün!” Saytın rəhbəri Elçin Zahiroğludur.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler