Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Elçin Sadıqov Avropa Mehkemesinden bildiriş gözleyir

25 Haziran 2016

10:48 am


25/06/2016 [14:47]: xeber –
Məlum olduğu kimi, Azərbaycan
Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev daxili işlər naziri Ramil Usubovla məhkəmə
çəkişməsinin nəticəsindən Avropa Məhkəməsinə şikayət edib. Məsələ ilə bağlı
sayt-a açıqlama verən E.Quliyevin vəkili E.Sadıqov Avropa Məhkəməsindən
müraciətin qəbul edilməsi ilə bağlı bildiriş gözlədiklərini bildirib:

“Biz Avropa Məhkəməsinə
müraciəti göndərmişik. Indi isə Avropa Məhkəməsindən bu müraciətin qəbul edilməsi
ilə bağlı bildiriş gözləyirik. Bildirişin 20 günə qədər gələcəyini zənn edirik”.

Məlumat üçün qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin
2014-cü il 30 oktyabr tarixli hökmü ilə ona kəsilən ictimai işlər cəzasını sona
qədər çəkib ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Belə ki, bu ilin 20 aprel tarixində
E.Quliyevin 63 yaşı tamam olub. Ölkə qanunvericiliyinə əsasən isə yaşı 63 olan
şəxslər barəsində ictimai işlər cəzası tətbiq oluna bilməz. Lakin buna
baxmayaraq, məhkəmə icraçıları E.Quliyevi ictimai işlər cəzasını sona qədər çəkməyə
vadar edib. Dekabrın 16-da keçirilən məhkəmə prosesində E.Quliyevin məhz bu ədalətsizliyə
hüquqi qiymət verilməsi tələbi araşdırılmalı idi. Lakin Ali Məhkəmənin
Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlaması E.Quliyevi Avropa Məhkəməsinə
üz tutmaq məcburiyyəti qarşısında qoyub.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler