Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Elçin Mirzebeyli: “Bunun medianı çökdüreceyine inanmıram”

01 Kasım 2016

7:32 am


01/11/2016 [11:30]: xeber –
sayt “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, şair, rejissor Elçin Mirzəbəyli ilə müsahibəni  təqdim edir:- Elçin bəy, məşhur marşınızda bir misra var: “Qalx ayağa millət, boğmasınlar səsimizi”… Qalxdımı millət?- Həmin dövrdə qalxdı, bəli. – Sonrakı misrada “Bir bayraq altında birləşdir bizi”, deyirsiz… Birləşdimi millət, bir bayraq altındadırmı? Və Azərbaycanın indiki halında yenə belə bir xitaba ehtiyac duyursunuzmu?- Əgər nəzərə alsaq ki, Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır, digər tərəfdən də bizim 40 milyona yaxın soydaşımız İran adlanan dövlətdə, Cənubi Azərbaycanda yaşayır, onların da öz hüquqlarını təmin etmək imkanları yoxdur, şübhəsiz ki, millət bir bayraq altında birləşməyib. Daha qlobal miqyasa gələndə türk toplumunun bayrağı olsa da, hələ buna tam türk birliyi demək olmaz. Türk birliyi indi də vahid bir bayraq altında birləşməyib.  – Siyasi baxışlarınızda sanki turançılıq meylləri var…- Kökdən gəlmə bir şey var. Bu düşüncə özümü dərk elədiyim vaxtdan gəlib. Mən Lənkəran şəhərində doğulmuşam. Bizim yaşadığımız küçəni süpürən bir xadimə qadın var idi. O zaman mən uşaq idim. Anam hər səhər tezdən qalxırdı, həmin qadını da evimizə çağırıb qabağına çay-çörək qoyurdu. Yadımdadır, o qadın mənə həmişə “tırk balası” deyərdi. “Tırk” da talışca, türk deməkdir. Bundan başqa, mənin dayım, Vaqif Hüseynov uzun illər boyu Masallıda çağırış qəzetinin redaktoru olub. Tanınmış yazarlardan biri idi. Onun o dövrdə yazdığı dissident şeirlər həddindən artıq çox idi. Onun 70-ci illərdə yazılmış şeirində belə bir misra var: “Vətənimi çalıb-çapır, bir göy gözlü sarı iblis”… – “Sarı iblis” deyəndə kimi nəzərdə tuturdu?- Rusları nəzərdə tuturdu… “Gör dünyanın harasıdır” şeiri də dissident ruhlu idi, rejimə etiraz edən, milli ruhda olan yazılar var idi. Həyətimiz geniş olduğuna və şəhərin mərkəzində yerləşdiyinə görə evimizə tez-tez dayımın qonaqları gəlirdi. Demək olar ki, Yazıçılar Birliyinin üzvü olan əksər şair və yazıçılar bizim həyətdə olmuşdular. Orada toplanırdılar. Mən onların söhbətlərinə qulaq asırdım, Güney Azərbaycan haqqında danışdıqlarını eşidirdim.- Azərbaycan  məsələsinə sizin baxışınız necədir? Dünyadakı parçalanmış xalqlardan biri də Azərbaycandır. O perspektivə baxışınız necədir? Siz “Bütövçü”sünüzmü?- Bəli, mən Bütöv Azərbaycançıyam. İdeoloji olaraq o yapım indiyə qədər qorunur və heç vaxt da dəyişməyəcək. – Bəs bir ziyalı kimi onu mümkün hesab edirsinizmi? – Rauf bəy, bu, çətin prosesdir, ancaq həyatda mümkün olmayan  heç nə yoxdur. Burada Azərbaycan xalqının iradəsindən asılı olan çox şey var. Eyni zamanda İran adlanan dövlətdə də  baş verəcək proseslərdən çox şey asılıdır. Hərəkatın hansı yöndə gedəcəyindən, dünya güclərinin bu prosesə  təsir etmək  imkanlarının nə dərəcədə  olacağından,  bu təsirin müsbət və ya mənfi yöndə olacağından  çox şey asılıdır.- Bütün bunları bildiyinizi nəzərə alaraq soruşuram, çoxmu uzaq perspektivin hədəfidir? Yoxsa bu, sadəcə, bir ülküdür, ideyadırmı?“Yaradıcı insanın Azərbaycanda yaradıcılıqla məşğul olması üçün heç bir problem yoxdur”- Hətta bu bir ülkü də olsa, mən buna inanmaya bilmərəm. İnanmasam, o zaman bu günə qədər yaşadığım bütün o dəyərlərin  hamısını itirərəm.- Nə vaxtsa mühacirətə getmək istəmisinizmi? Siz, ümumiyyətlə, razı insansınızmı?- Mən, ümumiyyətlə, az şərtlərlə, normal şərtlər çərçivəsində yaşamağı bacaran adamam, elə də böyük iddialarım yoxdur. Mühacirətə getməyi düşünmürəm, çünki Azərbaycandan başqa heç bir ölkədə uzun müddət yaşaya bilmərəm.- Çoxları, xüsusən də ziyalı kəsimin təmsilçiləri son vaxtlar ölkədən getmək istədiyini ifadə edir…- Özlərini təsdiq edə bilmirlər, problemləri çoxdur. Bir  qədər də gərgin atmosfer var cəmiyyətdə.- Ümumiyyətlə, mühacirətə gedənlərə  heç haqq vermirsinizmi?- Hansı aspektdən gedənlərə? Burada yanaşma məsələsi var.- Müxtəlif aspektlərdən, məsələn, biri yaşaya bilmir, biri çörək qazana bilmir, biri siyasi baxımdan gedir. Mühacirətə getmək artıq azərbaycanlılar üçün populyar bir şey olub. – Mən bilirəm bu necə olur. Mühacirətə getməyi biznesə çevirənlər var.  Hətta bu biznesin bölünməsi uğrunda mübarizə aparanlar da var, bunu da bilirəm. Bu, hər kəsə bəlli olan məsələdir.  Amma öz ölkəndən çıxıb, siyasi mühacir kimi hər hansı ölkəyə üz tutmanın tərəfdarı deyiləm, müsbət baxmıram. – Sabah sizə siyasi basqılar olsa, işlərinizi itirsəniz, para qazana bilməsəniz, o zaman da getməyəcəksiniz?- Rauf bəy, bütün bu problemlər sizdə də o- Mən getməmişəm, amma bu günə qədər qəzetimizin 10 əməkdaşı gedib.  lub və siz də bu ölkədən heç yana getməmisiniz, qalmısınız. – Siz getməmisiniz, mən də getməyəcəyəm. Əvvəla, mən özümə qarşı siyasi basqıların olacağını gözləmirəm. Hətta bu olsa belə, öz vətənimdə ən kəskin şəraitdə yaşamağa üstünlük verərəm, nəinki kənara çıxıb ölkənin əleyhinə fəaliyyət göstərməyə. –  Amma dünyada kifayət qədər nəhəng imzalar var ki, onlar mühacirətə gedərək özlərini ifadə ediblər, məsələn, Soljenitsın. Azərbaycanın da kifayət qədər ciddi mühacirət ədəbiyyatı var. – Azərbaycan mühacirət ədəbiyyatının tarixi fərqlidir. O zaman respublikamız dağıldı və insanlar rus-bolşevik işğalı ilə barışmadılar, ölkəni tərk elədilər. Soljenitsın ölkəsindəki ideoloji sistemlə razı olmadığı üçün mühacirət etmişdi, daha doğrusu, razılıq əsasında çıxıb getmişdi, Soljenitsının ölkədən  çıxmasında hər hansı problem yox idi. Mən hesab edirəm ki, bu məsələyə fərqli yanaşmaq lazımdır. Onlar yaşadıqları mühitə, siyasi sistemin modelinə etiraz əlaməti olaraq ölkələrini tərk etmişdilər. Azərbaycan müstəqil dövlətdir, müvafiq institutlar formalaşıb, hər birimiz daha yaxşısını arzulayırıq, daha çox görmək istəyirik. Ancaq potensialımız nədən ibarətdirsə, bu günə qədər də ona nail ola bilmişik. Şübhəsiz ki, daha yaxşısına nail olmaq mümkündür. O baxımdan, mən bu insanları həmin məşhur isimlərlə əlaqələndirmirəm. Bir də yaradıcı insanların etirazları ilə bu bir deyil.- Yaradıcı insanlara bir az da yaxşı təsir etmirmi mühacirət? Bu fikirlərin tərəfdarları var, istəyirəm siz oppenentlik edəsiniz. – Yaradıcı insanın Azərbaycanda yaradıcılıqla məşğul olması üçün  axı heç bir problem yoxdur.“Çap mediası iflasa gedir; amma o, hansısa formada özünü qoruyub saxlayacaq”- Ancaq heç bir mühit də yoxdur…- Guya gedib Almaniyada yaşayanda, Azərbaycan dilində əsərlər yazsa, kim oxuyacaq onu? – Azərbaycanlılar… İnternet imkanları var.- Fərqi nədir ki, onu burada da yaza bilər. Əgər Almaniyaya gedib alman dilində yazacaqsa, orada özünü təsdiq edəcəksə, dünyaya çıxa biləcəksə, getsin, bu bizə xeyirdir. Bir ingilis dilli azərbaycanlı Amerikada yaşayıb, Amerika ədəbiyyatının dahisinə çevrilməyi bacaracaqsa, yazsın. Mənim belə bir potensialım yoxdur.- Övladlarınızın necə, xaricdə yaşayıb-yaratmasını istərdinizmi?- Mən heç vaxt maneə qoymamışam. Əgər bir mütəxəssis kimi haradasa  gərəkli olarlarsa, çalışmaq istəyərlərsə, niyə də çalışmasınlar. – Mən bilən, sizin övladınızın biri Türkiyədə oxuyur. Hərçənd Türkiyə xaric sayılmır, amma orada oxuyur. Onun üçün necə bir gələcək düşünürsünüz? Səmimi olmağınızı istəyirəm. Düşünürsünüzmü o, Almaniyada, Türkiyədə yaşasa, daha qabağa gedər, nəinki Azərbaycanda? – Bu, onun təhsilə verdiyi dəyərdən və necə mütəxəssis olacağından asılıdır. O indi birinci kursda oxuyur, hələ yolun başlanğıcındadır. – İxtisası nədir, hansı səmti götürüb?- İqtisadiyyat və idarəetmə fakültəsində təhsil alır. Mən hesab edirəm ki, hər hansı azərbaycanlı gedib Avropanın hansısa ölkəsində mütəxəssisə çevriləcəksə,  bu həm də Azərbaycan diasporasının güclənməsi, nüfuzlu şəxslərin sayının artması deməkdir. Bu istiqaməti də düşünmək lazımdır. Digər tərəfdən, yaxşı bir mütəxəssisə ölkəmizdə də ehtiyac var. Özünün seçimindən asılı olacaq. Bir valideyn olaraq, deyə bilərəm ki, hər bir ata övladını yanında görmək istəyir. – Bir məsələ də var ki, son terror olaylarından sonra insanların bir çoxu övladını Türkiyəyə göndərməyə qorxur. – Bu gün Avropa ölkələri də tam təhlükəsiz deyil. Fransada terror hadisəsi baş verdi. Düzdür, Avropada Türkiyədəki qədər tez-tez baş vermir. Bir neçə ildir ki, oğlum YÖS imtahanlarına hazırlaşırdı. 7-ci sinifdən başlayaraq, bu uşaq hədəfini müəyyənləşdirmişdi ki, Türkiyədə oxuyacaq. Türkiyə türkcəsindən yetərlilik imtahanında ən yüksək nəticə göstərdi, sadəcə, öz üzərində çalışmaqla. Bundan sonra mən onun arzularının qarşısına sədd çəkə bilmədim. Ancaq o qorxu və narahatlıq bizdə də var.- Bir mövzuda bayaq söhbətimiz yarımçıq qaldı.  Azərbaycan  rəsmiləri deyir ki, ölkə postneft erasına daxil olur. Ancaq bu eraya daxil olan  kimi, ilk zərbə qəzetlərə dəydi. Mətbuatın postneft erasında  yaxın gələcəkdəki durumunu necə təsəvvür edirsiniz? Sizcə, böhran daha da dərinləşəcəkmi və kəmərsıxma siyasətinə hazırsınızmı? – Kəmərsıxma siyasəti hər kəsə aiddir və bu narahatlıq yaradan prosesdir. Səbəb iqtisadi böhrandır, neftin qiymətinin aşağı düşməsidir, nəqliyyat dəhlizlərinin yaxınlığında baş verən müharibələrdir və sair. Bu qlobal bir prosesdir. Bununla yanaşı, təəssüflər olsun ki, biz neft dövrünün imkanlarından istifadə edib qeyri-neft sektorunun inkişafı istiqamətində addımlar atmadıq. Bunun aradan qaldırılması üçün sürətli islahatlar lazımdır. Mən iqtisadçı deyiləm, bu mənim siyasətçi yanaşmamdır. Mənim qənaətimə görə, bazarın liberallaşmasına, sənaye müəssisələrinin açılmasına ehtiyac var. Tez gəlir gətirən sahələrə diqqət yetirilməlidir. Bu cür çox fikirlər səsləndirmək olar. Prosesin necə aparılacağını isə gələcəkdə görəcəyik. – Siz də bir müəssisənin rəhbərisiniz, insanlara maaş verirsiniz. Bu mənada nikbinsiniz, yoxsa bədbinsiniz?- Ümumi narahatlıq hər kəsdə var. Amma toparlanmağa ehtiyac var. Qənaətimə görə, çox da bədbin görmürəm. Azərbaycan mətbuatını ciddi şəkildə hər hansı bir problem gözlədiyini düşünmürəm. Maddi resursların inkişafı baxımından müəyyən durğunluq dövrü ola bilər, amma bunun medianı çökdürəcəyini düşünmürəm. – Siz çap mediasını təmsil edirsiniz və çap mediası ilə bağlı proqnozlar olduqca neqativdir. Ona hazırlaşırsınızmı? Bayaq dediniz ki, internet televiziya açmaq istəyirsiniz. Nə düşünürsünüz ki, xəbərdən para qazanan xəttin davamını apara biləsiniz?- Çap mediası iflasa gedir. Amma o, hansısa formada özünü qoruyub saxlayacaq. Necə olacağını demək çətindir. Ola bilər ki, həftəlik qəzetlər formatında və ya hansısa formatda qalacaq. Gündəlik mətbuat ola bilər ki, sıradan çıxsın. Hələ ki dünyada çap mediası özünü qoruyub saxlamağa çalışır. Mənim qənaətimə görə, elə medianın sifəti də çap mediasıdır. İnternet medianın inkişafı və bizim ona qoşulmağımıza gəlincə, biz qısa bir müddətdə toparlana bilərik. Əgər bu sahə inkişaf edərsə, reklam bazarı liberallaşarsa, o zaman bizim toparlanmağımız üçün ciddi bir problem yoxdur. Çap mediasının ənənəvi bir sistemi var və uzun illədir o formalaşıb. Bu sistemin başqa bir formaya transformasiya edilməsində heç bir problem yoxdur. Necə ki siz, Yeni Müsavat qəzeti olaraq, daha sonra onlayn versiyada, musavat.com saytını ortaya qoymağı bacardınız, o problemlər bizdə də yaşanmayacaq. Kiminsə potensialı daha az, kimdəsə daha çox ola bilər. Ancaq əgər bundan sonra daha rəqabətli bir mühit formalaşacaqsa, buna nail ola bilərik. Bu da reklam bazarından asılıdır. Çünki sən özün nəyin uğrunda mübarizə apardığını bilməlisən. Bizdə ənənəvi kollektiv var, bünövrə var və o bünövrənin üzərində hər şey yığmaq olar. – İxtisasca, təhsilcə quruluşçu rejissorsunuz. Bu cür adamlar səhnəni bütöv görürlər, çünki onlar səhnələşdirirlər. Siz Azərbaycan siyasi səhnəsini necə təsəvvür edirsiniz? Azərbaycanı bir səhnə kimi təsəvvür etsək, orada nələri yerində görmürsünüz?- Siyasi sistemdə?- Bəli. – Təəssüflər olsun ki, Azərbaycanda bu və ya digər şəkildə  siyasi sistemdəki tarazlığı saxlamaq üçün ciddi bir müxalifət formalaşmadı. Detallarına varmayacağam, günahkar axtarmayacağam, çünki bu, çox geniş müzakirə mövzusudur. Yerində olmayan budur və buna görə də siyasi səhnədə dinamiklik nəzərə çarpmır. Səhnədə daha çox baş rolun ifaçısı var. Baş rolun ifaçısından başqa baş rola iddia edən digər rollar nəzərə çarpmır. – Şeirlərinizin birində belə bir misra var ki, “… haray var içimdə, Tanrım”. Yenə haray varmı? Yoxsa sükut dövrü başlayıb?- Haray həmişə var. Sadəcə, söhbət bu harayı yaradıcı potensiala çevirməkdən gedir, dağıdıcı potensiala yox. Bu harayı yaradıcı potensiala çevirmişəm. Qəzet yaradıcılığında da, poeziyada da…(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler