Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Elçibeyin son isteyine xeyanet etdik” – Etiraf

20 Haziran 2016

11:52 am


20/06/2016 [15:50]: xeber –
“Biz Əbülfəz Elçibəyin istəyinə xəyanət etdik”. sayt xəbər verir ki, bunu feysbuk səhifəsində Ülvü Həkimoğlu yazıb. Qeyd edək ki, Ü.Həkimoğlu vaxtilə AXC İcrayyə Komitəsinin üzvü olub.O, statusunda qeyd edib ki, Elçibəylə sonuncu görüşü 2000-ci ilin 1 iyulunda baş tutub: “Elçibəyin iştirakı ilə keçirilən AXCP-nin Məclisindən sonra Əbülfəz bəylə sonuncu görüşüm oldu. Elçibəy xəstəliyi ilə bağlı Türkiyəyə yola düşürdü. Heç nə diqqətindən yayınmırdı. Oğul nəvəsinin dünyaya gəlməsilə bağlı təbrik etdim. Əbülfəz Elçibəy də məni oğlumun anadan olması münasibətilə təbrik etdi və qayıdandan sonra qeyd edəcəyimizi bildirdi. Ancaq bu son görüşdə mənə dediyi sözlər indiyə qədər yadımdan çıxmır və günahkar kimi vicdan əzabı, xəcalət çəkirəm. Elçibəy açıq şəkildə bildirdi ki, AXCP-dən çox narahatdır, iç dedi-qodularla başımızı qatıb bizi parçalamaq istəyirlər və buna əsla yol verməyin. Biz də optimist olaraq Əbülfəz bəyə “arxayın ol, hər şey yaxşı olacaq, imkan verməyəcəyik” deyə yalançı vədlər verdik. Və biz Elçibəyin sonuncu istəyinə xəyanət etmiş olduq. Bizə əmanət qoyduğu AXCP-ni parçaladıq!”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler