Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Elçibeyin kömekçisi BAXCP Ali Meclisin sedri seçildi

29 Ekim 2016

1:28 pm


29/10/2016 [17:25]: xeber –
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib. İclasda təşkilat məsələləri, ictimai-siyasi vəziyyət və digər məsələlər müzakirə olunub.Təşkilat məsələlərinin müzakirəsi çərçivəsində Yaşar Kələntərli BAXCP-nin baş katibi vəzifəsinə təyin olunduğu üçün Ali Məclisin sədri vəzifəsindən istefa verdiyini bəyan edib. Səsvermə nəticəsində Yaşar Kələntərlinin istefası qəbul olunub və BAXCP Ali Məclisinin sədri vəzifəsinə namizədlərin irəli sürülməsinə başlanılıb. İrəli sürülən təkliflərə və səsvermənin nəticəsinə əsasən BAXCP Ali Məclisinin elm və təhsil komitəsinin sədri Vaqif Abışov BAXCP Ali Məclisinin sədri seçilib. Daha sonra Ali Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri vəzifəsinə seçkilər keçirilib. Səsvermə nəticəsində Nərmin Əzizova Ali Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri seçilib.İctimai-siyasi vəziyyətin müzakirəsi çərçivəsində BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev geniş məruzə ilə çıxış edib. Dünyada, regionda və ölkədə baş verən iqtisadi-siyasi proseslərlə bağlı BAXCP-nin illər öncə apardığı təhlillərin özünü doğrultuğunu, bu təhlillər əsasında irəli sürülən təkliflərin getdikcə daha çox aktuallıq qazandığını deyən Qüdrət Həsənquliyev partiyanın hər zaman olduğu kimi Azərbaycanın milli maraqlarından çıxış etdiyini xatırladıb. BAXCP sədri siyasi sabitliyin və islahatların yuxarıdan aşağı aparılmasının ölkənin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib və qeyd edib ki, Azərbaycanda iqtisadi, siyasi və hüquqi islahatların həyata keçirilməsi intensivləşdirilməli, sahibkarlığın inkişafı üçün səmərəli və təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Qüdrət Həsənquliyev bu istiqamətdə müəyyən fəaliyyətin olduğunu, lakin prosesin sürətləndirilməsinə daha çox ehtiyac duyulduğunu bildirib. BAXCP sədri öz məruzəsində işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı yaranmış son duruma da diqqət çəkib. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar prosesinə öz münasibətini açıqlayıb. Daha sonra məruzə ətrafında çıxışlar edilib. Ali Məclisin iclası öz işini başa vurub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler