Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Eks-prezidentden İlham Əliyevin Qarabağ açıqlamasına destek

08 Ekim 2016

9:20 am


08/10/2016 [13:17]: xeber –
Azərbaycan
prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında bildirib ki, Azərbaycana  Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyi
üçün təzyiqlər göstərilir: “Bağlı qapılar arxasında nə qədər söhbətlər gedir,
bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın
müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var.
Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı
aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada “beşinci
kolon”a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur
etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt, olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, –
referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq, – heç vaxt
Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi
torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik”.sayt prezidentin səsləndirdiyi
fikirlərlə bağlı Azərbaycanın prezidenti Ayaz Mütəllibovun fikirlərini öyrənib.Ayaz Mütəllibov deyib ki, Azərbaycana Dağlıq
Qarabağın müstəqilliyinə razılıq vermək üçün hər zaman təzyiq olub: “Ancaq
burda əsas məqam odur ki, Azərbaycan prezidenti İlham Əliyev mövqeyini
birmənalı şəkildə ortaya qoyub. Vurğulayıb ki, Dağlıq Qarabağın müstəqilliyi
heç vaxt olmayacaq. Prezident bir daha Azərbaycanın mövqeyini ortaya qoyub ki,
biz seçdiyimiz yollla gedirik və gedəcəyik də. Mən inanmıram ki, kimlərsə bizi
Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyə vadar edə bilsin. 25 ildir ki,
biz öz yolumuzla gedirik. Şükür etsinlər ki, biz irəli sürülən təkliflər
əsasında danışıqlar prosesini davam etdiririk. Ona da şükür etsinlər ki, bizə
Qarabağa Azərbaycanın tərkibində avtonomiya veririk. BMT, başqa beynəlxalq
təşkilatlar da bu fikirə şərik olduqlarını dəfələrlə bəyan ediblər. Biz səbrlə
prosesin sülh yolu ilə tənzimlənməsini gözləyirik, buna görə bizə təşəkkür bildirməli
və buna şükür etməlidirlər. Qərb ölkələri bizə sağ ol desinlər ki, hələ
hövsələdən çıxmamışıq, siyasi yolla bu məsələni həll etmək istəyirik”.

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler