Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ekklstoun: “Trasdan narazı qalan pilotlar eve qayıtsınlar”

Genel 18 Haziran 2016

3:24 pm


18/06/2016 [19:23]: xeber –
“Formula 1” Avropa Qran Prisinin Bakı şəhər trasından narazı qalan pilotlar evə qayıda bilərlər. Trend-in verdiyi məlumata görə, bunu “Formula One Management”in prezidenti Berni Ekklstoun deyib. B.Ekklstoun pilotlar Censon Battonun və Niko Rosberqin trasın ayrı-ayrı sahələrindən şikayət etməsinə münasibət bildirib: “Tras belədir, əgər xoşlarına gəlmirsə, evlərinə getsinlər”.  Qeyd edək ki, iyunun 18-də Bakıda “Formula 1” Avropa Qran Prisinin ikinci günü başlayıb. Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler