Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ehtiyatla deyirem ki, payızda…” – Qarabağ danışıqları

03 Eylül 2016

7:36 am


03/09/2016 [11:33]: xeber –
Həmsədrlər danışıqlar prosesini yenidən irəliyə aparmaq və konsensusa gəlmək istəyirlər. Bu sözləri  politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri qeyd edib ki, erməni tərəfi hazırda hər vasitə ilə prosesi pozur: “Həmsədrlər danışıqlar prosesini yenidən irəliyə aparmaq və konsensusa gəlmək istəyirlər. Ancaq erməni tərəfi Qarabağla bağlı məsələləri sabotaj edir. Rusiyanın Azərbaycana müəyyən söz verməsinə baxmayaraq, Moskvanın reaksiyası çox zəifdir. Ona görə də danışıqlar prosesində irəliləyiş yoxdur. Dağlıq Qarabağın işğaldan azad olunması üçün bütün dünya bu işə əl qoymalı, kömək etməlidir. Həmsədrlər artıq görüşüblər və bu yaxınlarda xarici işlər nazirlərinin görüşü gözlənilir. Xarici işlər nazirləri isə prezidentlərin görüşünü hazırlamalıdır. Rusiyadan belə səslər eşidilir ki, guya prezidentlərin növbəti görüşündə hansısa irəliləyişlər ola bilər. Düzdür, belə şeyləri çox eşitmişik, ancaq ehtiyatla deyirəm ki, bu payızda məsələnin həllində irəliləyişlər ola bilər. Çünki qarşıda xarici işlər nazirləri və prezidentlər səviyyəsində görüşlər intensivləşəcək”.(Axar.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler