Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Efiopiyada aksiyaçılara ateş açılıb: Yüzlerle insan ölüb

02 Ekim 2016

8:04 pm


03/10/2016 [00:01]: xeber –
Bu gün Efiopiyada dəhşətli qətliam yaşanıb.Bu barədə Hürriyet qəzeti məlumat verib.Məlumata əsasən, paytaxt Ədib-Əbəbədən 40 km uzaqlıqdakı Oromia bölgəsində dini bir mərasim üçün toplaşan kütlənin içərisindəki bəzi şəxslər hökumət əleyhinə şüarlar səsləndiriblər.Bəzi aksiyaçılar təhlükəsizlik qüvvələrinə daş və şüşə atıblar. Təhlükəsizlik qüvvələrinin aksiyaçılara atəş açması nəticəsində yaşanan izdihamda yüzlərlə insan həyatını itirib. Cafer Muhammed adlı bir fəal ən azı 300 nəfərin öldüyünü, bundan daha çox sayda insanın isə yaralandığını bildirib. O, hərbçilərin və hərbi vertolyotların xalqa atəş açdığını, ölənlərin çoxunun atəşdən qaçmaq üçün uçurumdan atlayanların və gölə girənlərin olduğunu qeyd edib. Efiopiya hökuməti də olayda ölənlərin olduğunu bildirib və məsuliyyət daşıyan şəxslərin mühakimə olunacağını bəyan edib.(apa)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler