Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ebru erinin 500 milyonluq teklifini redd etdi: Villaları isteyir

26 Eylül 2016

11:56 am


26/09/2016 [15:54]: xeber –
Türkiyəli müğənni Ebru Gündeş hazırda həbsdə olan İran əsilli iş adamı Rza Zərrabdan ayrılması xəbəri bir neçə gündür ki, mətbuatın gündəmini zəbt edib. Ebru Gündeş ərindən heç nə tələb etmədiyini bildirsə də, müğənni haqda yeni iddialar səsləndilib. Sənətçi qızı üçün ərinin təklif etdiyi 500 milyon liraya razılaşmayıb. Özü üçün qəpik istəmədiyini, qızı Alaranın gələcəyini düşünməli olduğunu deyən müğənninin İstanbuldakı iki villadan birini, Bodrumdakı villanı, Mayamidəki  evi də istədiyi iddialar arasındadır. Qeyd edək ki, hazırda ABŞ-da məhbəs həyatı yaşayan R.Zərrab vəkili Volga Gökçe tərəfindən mediaya çatdırıb ki, müğənninin boşanma tələbini iyulun 13-də R. Zərraba çatdırılıb. Son günlər isə E. Gündeş prosesin sürətləndirilməsini tələb edib. Nəhayət, dünən boşanma vəkalətnaməsi R.Zərraba çatdırılıb. Rza Zərrab bəyanatında bunları bildirib: “13.09.2016-cı ildə arvadım Əbru Gündəş vəkili vasitəsilə tərəfimə boşanmaq istədiyini çatdırıb, eyni zamanda prosesi dərhal yekunlaşdırmaq üçün yenə də vəkili vasitəsilə mənə təzyiq göstərib və son olaraq 23.09.2016-cı il tarixdə boşanma vəkalətnaməsini tərəfimə göndərmiş vəziyyətdədir. İçərisində yer aldığım bu sıxıntılı mərhələyə baxmayaraq arvadımın boşanma qərarını hörmətlə qarşıladığımı ictimaiyyətə bildirirəm”.(Musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler