Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

DYP emekdaşlarına göre Ramil Usubova mektub gönderildi…

23 Ekim 2016

6:44 pm


23/10/2016 [22:41]: xeber –
Bu günlərdə Quba rayon sakini, keçmiş Qarabağ döyüşçüsü Xəqani İsmayılovun başına gələn hadisə rayonda müsbət mənada böyük rezonans doğurub. Nəticədə qıcolma ilə müşayət edilən ürək çatışmazlığından əziyyət çəkən yaşyarımlıq Murad ölümdən dönüb. Atası onu həkimə apararkən Bakı-Quba-Rusiya beynəlxalq magistralında balacanın vəziyyəti qəflətən ağırlaşıb, uşaq ölüm həddinədək gəlib-çatıb. Ətrafdakılar Muradın başına toplaşsalar da real heç bir yardım göstərə bilməyiblər. Bu zaman yoldan keçən YPX avtomobili maşını saxlayıb. Uşağın həyatının təhlükədə olduğunu görən DİN BDYPİ YPX Alayının ikinci tağım YPX inspektorları Dəyanət Mirzəbəyov və Aynur Ərəbov bir an fikirləşmədən Muradı xidməti avtomobilə götürərək yüksək sürətlə Quba rayon mərkəzi xəstəxanasına çatdırıblar. Həkimlərin operativ müdaxiləsindən sonra balaca Muradın həyatını xilas etmək mümkün olub. Muradın atası Xəqani İsmayılov deyir ki, YPX əməkdaşları olmasaydı Murad əldən gedəcəkdi. Çünki hər saniyə böyük rol oynayırdı. “Mən ömrüm boyu Dəyanət Mirzəbəyov və Aynur Ərəbova minnətdaram. İctimaiyyət bilməlidir ki, bizim belə nümunəvi polislərimiz var. Bu barədə Azəbaycan Respublikasının Daxili İşlər naziri cənab Ramil Usubova da təşəkkür məktubu göndərmişəm.”Dəyanət Mirzəbəyov və Aynur Ərəbovdan baş vermiş hadisə barədə soruşduqda cavabları qısa oldu: “Sadəcə polis və həm də vətəndaşlıq borcumuzu yerinə yetirmişik. Artıq nə demək olar ki?”Bəli, artıq heç nə demək olmaz. Dəyanət və Aynur hamıya örnək ola biləcək davranışları ilə – yaşyarımlıq körpəni həyatını xilas etmələrilə insanların polisə olan güvənini daha da artırdılar. Təki bütün polislərimiz belə nümunələr göstərsinlər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler