Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

DYP-den “et emeliyyatı” – 350 kiloqram etin Bakıya getirilmesinin qarşısı alındı

21 Eylül 2016

8:48 am


21/09/2016 [12:44]: xeber –
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Hacıqabul Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən adıçəkilən rayonda mənşəyi məlum olmayan heyvan cəmdəkləri aşkarlanıb. Bu barədə Dövlət Xidmətindən  bildirilib. Məlumata görə, heyvan cəmdəkləri Göyçay rayonu Müskürlü kənd sakini Elşən Aslan oğlu Fərzəliyevə məxsus olub. Xidmətdən qeyd edilib ki, ətin çəkisi 350 kq, 8 hissəyə bölünmüş vəziyyətdə olub və antisanitar vəziyyətdə daşınıb. Dövlət Xidməti qeyd edir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək.Qanunazidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler