Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Duzdağ menim son ümid yerimdir…

19 Haziran 2016

7:44 pm


19/06/2016 [23:43]: xeber –
Azərbaycanın qədim diyarı Naxçıvanın rəmzlərindən biri də edən Duzdağdır. Bu dağ ölkəmizdə təkcə saf və təmiz duzu ilə deyil, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınmışdır. Astma xəstəliyinin müalicəsi üçün stifadə edilən mağara hazırda günün tələblərinə tam cavab verən müasir sağlamlıq mərkəzinə çevrilmişdir. Dağın altına doğru 300 metr uzanan və divarları duz qayaları ilə örtülü “Duzdağ” Fizioterapiya Mərkəzinin dünyada bənzəri yoxdur. Buraya gələnlər təxminən bir həftə gecələri duz mağarasında keçirdikdən sonra yenidən sağlamlıqlarına qovuşurlar. Sovetlər dövründə SSRİ-ni idarə edənlərin böyük əksəriyyəti bu mağarada şəfa tapmışdır. Hətta rus çarlarının belə buraya müalicə üçün gəldiyi deyilir. Məlumat üçün bildirək ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, planetimizin əhalisinin təqribən 10 faizi allergik xəstəliklərdən əziyyət çəkir ki, bunun da 1,5-2 faizi bronxial astmanın payına düşür. Məlumata görə, dünyada 15 milyon nəfərə yaxın insan bronxial astmalı xəstədir. Bir çox xəstəliklərin, həmçinin bronxial astmanın müalicəsində duz şaxtası şəraitində aparılan müalicə, yəni spleoterapiya daha səmərəlidir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri – bronxial astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir. Burada istənilən adam müalicə ala bilər.Fizioterapiya xəstəxanası öz müalicəvi əhəmiyyətinə görə digərlərindən bir neçə cəhətdən üstündür. Ən yaxşı müalicə ocağı kimi tanınan Ukraynadakı xəstəxana 206 metr yerin dərinliyində yerləşdiyindən xəstələr buraya liftlə enməli olurlar. Bu isə təzyiqin birdən-birə dəyişməsinə və xəstələrin səhhətinin pisləşməsinə gətirib çıxarır. Bu şaxtada rütubətin normadan artıq olması və partlayıcı gücə malik metan kimi zəhərləyici qazların normadan çox olması öz təsirini göstərir. Naxçıvandakı şaxtalar isə dağın altında yerləşdiyindən bu kimi hallara rast gəlmək mümkün deyildir. Burada temperatur sabitdir, nisbi rütubət aşağıdır, havada zərərli qazlar yoxdur. Xəstəxana horizontal şəkildə olduğundan buraya gələn xəstələr təxminən 300 metr məsafəlik yolu özləri qət edirlər. Bu isə yeraltı şöbədəki havaya tədricən öyrəşmək imkanı yaradır. Digər tərəfdən Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması isə xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Belə olan halda burada müalicə alan xəstələr qısa müddətdə sağala bilirlər. Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Ruslan Süleymanov müsahibəsində son aylarda bu müalicə ocağına insanların kütləvi surətdə müraciət etdiyini və son beş ay ərzində 988 nəfər xəstənin müalicə olunduğunu qeyd etdi. Mərkəzə müraciət edən xəstələr arasında Kanadadan, Rusiya Federasiyasından, Türkiyə Cumhuriyyətindən, Moldaviya, Ukrayna, Gürcüstan, Qazaxıstan və sairə ölkələrdən olan xəstələr üstünlük təşkil edir.Əməkdaşlarımız Duzdağ Fizioterapiya Mərkəzində olduqları zaman burda insan sıxlığının şahidi olmuş və bir neçə xarici vətəndaşdan müsahibə almışdır. Müsahibələri sizlərə təqdim edirik. Respublikasının Astana şəhərində yaşayan Tolentayeva Yerkeş xanımdır. – “Mən Qazaxıstanın Astana şəhərində yaşayıram. Övladımın müalicəsi üçün birinci dəfədir ki, Naxçıvana gəlirəm. 5 yaşlı övladım 3 yaşından etibarən bronxial astma xəstəliyindən əziyyət çəkir. Mən Duzdağ Fizioterapiya Mərkəzi haqqında burda müalicə olunan həmyerlilərimizdən eşitmişdim. Onlar da əvvəlki illərdə bu müalicə ocağında müalicə olunaraq şəfa tapıblar. Biz də keçən il bunu eşitdik və qərara gəldik ki, bura gələk. Hal-hazırda 13 günlük müalicənin 10-cu günüdür və artıq müsbət təsir hiss olunmaqdadır. Ümidvarıq ki, müalicə müsbət nəticələr verəcək və gələcək illərdə də biz bu müalcə mərkəzindən faydalanacayıq “. Qonaq Naxçıvanın gözılliklərinə heyran qaldığını ifadə edərək Batabatda olduğlarını, üzən adanı, ordakı sərin bulaqları, Əshabi-kəfv ziyarətgahını cox bəyəndiklərini xüsusi vurğulamışdır.Digər müsahibimiz Türkiyə Cümhiriyyətinin Antep sakini Mehmet Ali Kavakdır. O, Duzdağ Fizioterapiya Mərkəzi haqqında internet vasitəsi ilə məlumat aldığını və dünyada bu xəstəliyin müalicəsi üçün ən yaxşı müalicə mərkəzi olduğuna inandığından bura gəldiyini vurğuladı. “ Mən 10 ildən artıqdır ki, astma-bronxit xəstəliyindən əziyyət çəkirəm. Dünyanın bir çox ölkələrində tanınmış həkimlərin qəbulunda olsam da, heç bir müsbət nəticə əldə edə bilməmişəm. Duzdağ mənim son ümid yerimdir. Artıq müalicəmin 5-ci günü olmasına baxmayaraq özümü çox yaxşı hiss edirəm və tezliklə sağalacağıma inanıram. Bu şəfa ocağını dünyada daha geniş tanıtmağa ehtiyac vardır. Çünki dünyada mənim kimi milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir. Yaxşı olardıki, Beynəlxalq Sərgilərdə Duzdağ müalicəxanası haqqında xüsusi sərgilər təşkil olunsun.Naxçıvan əhalisi çox istiqanlı və qonaqpərvərdirlər. Burda olduğum 5 gün ərzində Naxçıvanın gəzməli-görməli yerlərində, tarixi abidələrində və ziyarətgahlarında oldum. Məndə ən çox xoş təəsurat oyadan Əshabi-Kəhf mağarası oldu. Düzdü Türkiyədə də eyni adlı ziyarətgah var. Amma burdakı ziyarətgah daha möhtəşəmdi. Hesab edirəm ki, Qurani Kərimdə bəhs olunan həmin mağara məhz Naxçıvanda yerləşən mağaradır. ” Ümidvarıq ki, Duzdağ Fizioterapiya Mərkəzi bundan sonrada minlərlə insana şəfa verəcəkdir.(naxçıvanxəbərləri.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler