Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dustaq göyerçine dönerek, kameradan uçub getdi – MARAQLI

22 Temmuz 2016

4:00 pm


22/07/2016 [19:56]: xeber –
“Qulum elə bir hala gələr ki, mən onun görən gözü, eşidən qulağı olaram”. (Allah-təala, Qüdsi hədislərdən)Allahın saleh və sadiq bəndələrindən biri, kəramətləriylə məşhur olan Seyid Mir Fazil ağanın ocağını  ziyarət etmək üçün Göyçay rayonuna yola düşürəm.Şəcərəsi yeddinci imam həzrət Museyi-Kazım vasitəsi ilə Peyğəmbər əleyhissəlama bağlanan  Seyid Mir Fazil Mir Abutalıb oğlu XIX əsrin 60-cı illərində Şamaxı şəhərində anadan olub. Anasının adı Xanım olub. Ömrünün 30 ilini ilahiyyat elmlərinin öyrənilməsinə sərf etmişdir. Təhsilini əvvəl Nəcəfdə, sonra Türkiyədə, daha sonra isə, yenidən Nəcəfdə tamamlamışdır. Ayətullah dərəcəsinə qədər yüksəlmişdir.Nəcəfdə təhsilini başa vurduqdan sonra həmin şəhərdə Raziyə adlı ərəb mənşəli möminə bir qızla ailə qurub.1906-cı ildə seyid Mir Fazil ağa təhsilini tamamlayaraq, doğulduğu Şamaxı şəhərinə gəldi. 1918-ci ildə isə, Göyçay şəhərinə köçdü. Burada əvvəlcə Potu kənd məscidinin, sonra isə, Göyçay şəhər cümə məscidinin axundu oldu.Öz elmi və imanı ilə kamillik zirvəsinə ucalan Mir Fazil ağa nümunəvi bir əxlaq sahibi idi. Hətta o, küçəyə çıxanda üzünə rübənd örtərmiş ki, naməhrəm görməsin.Mir Fazil ağa həddən ziyadə səxavət əhli olub. Belə ki, gündüzlər ziyarətçilərin ona gətirdikləri nəzirləri gecələr torbaya yığıb oğlanlarının çiyninə qoyarmış, özü də yanlarıyla gedərmiş kasıbların, yetimlərin, xəstələrin qapısına. Heç kəs görmədən ərzağı qapıdan içəri qoyub, əsayla qapını döyərmiş. İçəridən səs gələndə tez oradan aralanıb gedərmiş ki, azuqənin kim tərəfindən gətirildiyini bilən olmasın. Çünki, seyid istəmirdi ki, kimsə onu görəndə utansın və yaxud gözükölgəli olsun.Balam Hüseynin əzadarlığına gəlmişəmMir Fazil ağa yaxın adamlarına söhbət edirmiş ki, aşura günü sübh namazını qılmaq üçün məscidə gəldim. Məscidin qapısının ağzında əynində uzun libas, üzü örtülü bir qadının oturduğunu gördüm. “Sübh tezdən bura qadın gəlmir, siz burada nə gəzirsiniz?» – deyə, soruşdum. Qadın cavabında: «Balam Hüseynin əzadarlığına gəlmişəm» – dedi və qeyb oldu.Nə maşın, nə də at seyidi zindana aparmadıBir gün  Raziyə nənə yuxuda görür ki, bir müctəhid vəfat edib; cənazəsini aparanlar hamısı müctəhidlərdir. O cümlədən, həyat yoldaşı da buradadır. Müctəhidlərdən biri digərinə deyir: “Seyid Mir Fazil ağanı görürsən? O da cəddi Həzrət Museyi-Kazım kimi, ömrünü zindanda başa vuracaq”.  1941-ci ilin iyun ayının 23-də (müharibə başlayanın səhəri günü) Mir Fazil ağanı həbs etməyə gəlirlər. Seyidi dustaq maşınına qoyurlar ki, aparsınlar. Bu vaxt maşının motoru sönür. Çox çalışsalar  da, moto-ru işə sala bilmirlər. Seyid maşından düşəndə motor işləyir, maşına minəndə isə, sönürmüş. «NKVD» işçilərinin əlacları kəsilib, fayton gətiriblər. Mir Fazil ağa faytona minəndə indi də at yerindən tərpənməyib.  Nə qədər qamçılasalar da at hərəkət etməyib. Seyid deyib: “Ata nahaq əziyyət verməyin, onsuz da getməyəcək, yaxşısı budur mən düşüm, piyada gedim”. Hamısı bir yerdə piyada gəlirlər «NKVD»-nin Göyçay rayon şöbəsinə. Seyid bir müddət burada saxlanır. Bu müddətdə hər gün Göyçayda  yaşayan rusların və qeyri millətlərin təşkilatçılığı ilə həbsxana qarşısında mitinq, piket keçirilir. Hökumətin əlacı kəsilir, Mir Fazil ağanı Bakıya – Bayıl türməsinə göndərirlər.Mir Fazil ağaya hökm oxuyan hakim məhkəmə zalındaca öldüMir Fazil ağanın 80 yaşı olduğuna görə, o dövrün qanunları ilə həbs oluna, sürgünə göndərilə bilməzmiş. Ona görə də istintaqçılar saxtakarlıq edərək, onun yaşını 20 il azaldıblar.Məhkəmə hakimi isə, yalançı şahidlərə istinad edərək, nahaqdan seyidə on il iş kəsir. Hökmü elan edəndə Mir Fazil ağa bu ədalətsizliyə etiraz olaraq Haqq dərgahına üz tutur və başqalarının eşitməyəcəyi bir səslə dua edir. Şahidələrin dediyinə görə bu vaxt hakim iclas zalındaca yıxılaraq  canını tapşırır.Bu hadisədən bir neçə gün sonra isə, seyidə cəza istəyən prokuror faciəli surətdə həlak olur.Maraqlıdır ki, bu işdə keçən  şahidlərin də həyatı müxtəlif faciə¬lərlə sona yetmişdi. Yaşlı göyçaylıların danışdığına görə yalandan şahidlik edənlərdən biri ömrünü hürə-hürə başa vurmuşdur.Seyidin möcüzələri həbsxana rəisini çaş-baş saldıBayıl həbsxanasının keşikçiləri də Mir Fazil ağanın çox möcüzələrinin şahidi olurlar. Belə ki, hər gün sübh tezdən nəzarətçilər görürlər ki, seydin kamerasının qapısı açıqdır, özü isə, həyətdə dəstəmaz alır, yaxud, namaz qılır.Bu hadisə hər gün təkrar olunurmuş və həbsxana rəisi çox çalışsa da bunun qarşısını ala bilmirmiş. Rəisə elə gəlirmiş ki, nadzorlardan  kimsə kameranın qapısını açıb, seyidi çölə buraxır. Odur ki, tez-tez nəzarətçiləri dəyişirmiş. Amma, bir faydası olmurmuş, yenə də sübh namazında seyidi həyətdə görürmüşlər.Ermənini Mir Fazil ağaya nəzarətçi qoydularHəbsxana rəisi belə qərara gəlir ki, Mir Fazil ağanın nəzarətçisi erməni olsa onun qapısının qıfılı açılmaz. Belə də edir: seyidin kamerasının keşiyini çəkməyi erməni nadzora tapşırır. Amma, nə fayda, yenə də sübh namazlarında seyidi həyətdə namaz qılan gördülər.Nəhayət, 1942-ci ilin aprelində seyid Mir Fazil ağanın saxlandığı kameranın qapısını açanda içəridən  göyərçinə bənzər bir  quşun uçub getdiyini görürlər. Kameraya girəndə seyidin ancaq başmaqlarını tapırlar. Seyid özü yox olmuşdu. Həbsxana rəisi yenə də bu möcüzəyə inanmadı. Nadzorları bu işdə müqəssir bilib, həbs etdilər. Həmin günü Ağanın keşiyini çəkən nadzoru  isə, istintaq olunmaq üçün Tiflisə hərbi tribunala göndərdilər.Nadzor seyidi yuxusunda gördü1947-ci ildə həmin (tribunala göndərilən) nadzor Mir Fazil ağanın ocağını ziyarət etmək üçün həyat yoldaşı ilə birlikdə Tiflisdən Göyçaya gəlir və həbsxanada baş verən yuxarıdakı hadisələri də seyidin ailə üzvlərinə o danışır. Həmçinin bildirir ki, 1942-ci ildə Tiflisə tribunala göndərilərkən, yolda dustaq vaqonunda Mir Fazil ağa yuxusuna girib. Seyid nadzora deyib ki, başqalarından fərqli olaraq, sən mənim haqqımda pis söz danışmadın, kobud rəftar etmədin.. Ona görə də qorxma, sənə heç nə etməyəcəklər. Əksinə, sənə orada vəzifə verəcəklər. Belə də olur. İstintaq müəyyən edr ki, seyidin qeyb olması sirli bir  hadisədir və bu işdə nəzarətçinin heç bir günahı yoxdur. Beləliklə, işə xitam verilir və həmin nəzarətçi də orada yüksək vəzifəyə təyin olunur.Paşa Yaqub – tədqiqatçı-yazıçıGöyçay – Bakı Yazarın arxivi: moderator.az/search?q=pa%C5%9Fa+yaqub




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler