Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Düşmençiliyi de, reqabeti de, bedxahlığı da ağılla aparmaq lazımdır”

Genel 18 Haziran 2016

10:04 am


18/06/2016 [14:00]: xeber –
28  may Respublika Günü Rəsulzadənin Novxanı kəndində anım tədbiri keçirilən zaman bir qrup müsavatçı mahnı sədaları altında rəqs edib. Səsləndirilən mahnıda eks prezident Heydər Əliyevi öyən kəlmələr olması sosial şəbəkələrdə ciddi müzakirə olunmağa başlayıb. Müsavat başqanının müavini, keçmiş siyasi məhbus Yadigar Sadıqov sayt-a açıqlamasında bildirdi ki, baş verənlər texniki xəta olub:“Partiyamız həmin tədbirdə texniki nöqsana yol verib. Tədbir zamanı rəsmi çıxışlardan əlavə mahnı sədaları altında və rəqslə keçirmək qərara alınıb. Bu zaman səsgücləndirici aparat sifariş edilən şəxsə həm də vətənpərvərlik mahnıları yazmaq tapşırılıb. Belə mahnılardan birində Heydər Əliyev tərənnüm edilib. Bunu fürsət bilən bəzi Müsavat bədxahlarının əlinə bəhanə düşüb. Lakin onlarla işim yoxdur. Zatən fürsətcillik fərasətçilik deyil.. Gələcəkdə belə halların olmaması üçün pleylisti özümüzün hazırlayacağımızı və ciddi şəkildə yoxlayacağımızı vəd edirik. Bu texniki xətanın sosial şəbəkələrdə bu formada müzakirə olunmağına gəlincə sosial şəbəkə istifadəçilərinin zövqünə, marağına uyğun istənilən mövzu müzakirə predmeti olə bilər. Bu hadisənin marağa səbəb olması, eləcə də bəziləri tərəfindən Müsavat əleyhinə hücumlara rəvac verməsi tamamilə gözləniləndir. Sadəcə, mənə elə gəlir ki, düşmənçiliyi də, rəqabəti də, bədxahlığı da ağılla aparmaq lazımdır. Texniki bir olayı satqınlıq sübutu kimi qələmə verənlər özlərini kiçik düşürürlər. Inandırmaq istədikləri adamlarda əks-effektə nail olurlar”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler