Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünyevi dövlet quruluşunu deyişdirmeye cehd edenleri – 15-20 il ve ya ömürlük hebs gözleyir

13 Ekim 2016

9:32 am


13/10/2016 [13:30]: xeber –
Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına görə cəzalar sərtləşdirilir.sayt xəbər verir ki, Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin oktyabrın 13-də keçirilən birgə iclasında Cinayət Məcəlləsinə yeni 278.2 maddəsinin salınması təklifi müzakirəyə çıxarılıb.Dəyişiklik layihəsinə əsasən, Azərbaycanın konstitusiya quruluşunun, o cümlədən, onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılması nəzərdə tutulur.Cinayət Məcəlləsinə yeni maddənin əlavə olunması təklifi MM-in plenar iclasına tövsiyə olunub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler