Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Dünyaya sülhü yalnız türk getire biler”

30 Ağustos 2016

8:28 am


30/08/2016 [12:27]: xeber –
Türkiyənin
Suriya ərazisində İŞİD və PYD-yə qarşı apardığı əməliyyatlar davam edir. Hansı
ki, bu əməliyyatlar BMT tərəfindən tənqid edilir. ABŞ isə israrla kürd
silahlılarına qarşı aparılan əməliyyatları dərhal dayandırmağı tələb edir ki,
bu da Suriyadakı məlum anti-terror əməliyyatının heç də hər kəsin ürəyincə
olmadığından xəbər verir.

Maraqlıdır,
ABŞ-ın bu tələbi onun açıq şəkildə PKK-PYD-i himayə etməsi kimi dəyərləndirilə
bilərmi? Ümumiyyətlə, Türkiyənin öz təhlükəsizliyini təmin etmək üçün apardığı əməliyyatların
həm BMT, həm ABŞ tərəfindən qınanmasına səbəb nədir?

Məsələ
ilə bağlı sayt-a açıqlama verən tanınmış tarixçi-pedaqoq, AMEA-nın
tarix İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının sözçüsü
Dilavər Əzimli Türkiyənin terrorçulara qarşı çətin şərtlər altında mübarizə
apardığına diqqət çəkdi:

“Suriya
hadisələrinin ilk günündən ABŞ PKK və PYD-ni müdafiə edibdir. Avropa da həmçinin… Suriya proseslərinin ilk günündən Türkiyə ciddi çətinliklərlə
üzləşdi. Bir tərəfədən sərhədlərinin ətrafında baş verən qanlı döyüşlər, yəni
İŞİD məsələsi, o biri tərəfədən ABŞ, Avropa və Risiya.

O biri tərəfədən ABŞ, Avropa və Rusiya maraqlarının üz-üzə gəlmək məsələsi… Bunlar cox ciddi proseslər idi. Suriya hadisələrinin
ilk günündən ABŞ kürd kartını müdafiə edirdi. Onlar Suriya ilə Türkiyə arasındakı zolağı kürdlərin nəzarətinə verməklə Türkiyənin
mühüm bir çıxış yolunu bağlayırdılar. Bu, əslində Türkiyənin tam nəzarətə
alınması demək idi. Yadınızdadırda, İŞİD İraqda türkmanlara qarşı əməliyyatlar
həyata keçirəndə ABŞ reaksiya vermədi. Amma İŞİD kürdləri vurmağa başlayanda dərhal
reaksiya verdi. Türkiyə bu prosesləri ciddi izləyirdi və zaman sübut edti ki,
düzgün mövqe seçdi. Apardığı uğurlu diplomatik manevrlər sayəsində
Suriya məsələsində bu günkü uğurlara nail oldu. İsraillə münasibətləri yoluna
qoydu, Rusiya ilə diplomatik münasibətlər bərpa olundu. Böyük iş gördü. Zaman
göstərdi ki, Türkiyə elə-belə dövlət deyildir. Bu gün Suriyada uğurlu və haqlı əməliyyat
aparır. Bu əməliyyat nə ABŞ-ın, nə Avropanın, nə də Rusiyanın maraqlarını təmin etmir, daha doğrusu onların maraqlarına ziddir.
Amma zaman Türkiyənin xeyrinə işləyir. Qaldı ki, BMT-yə, onun adı qalıbdır. BMT təbii ki, ABŞ
maraqlarından çıxış etməlidir.

Hesab
edirəm ki, Türkiyə düz yoldadır. Türkiyə bu gün
Türk-Müsəlman dünyasının lideri qismində çıxış edir və onun maraqları ilə
hesablaşmağa məcburdurlar. Bu, həm də tarixi ədalətin bərpasıdır. Dünyaya sülhü yalnız Türk gətirə bilər. Dünya yalnız Türkün himayəsi altında sakit yaşaya bilər.
Bunu qoca tarix dəfələrlə sübut edibdir!”

 

Seymur
Əliyev

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler