Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünyanın quşları qabaqlayan en süretli canlısı melum oldu MARAQLI

10 Kasım 2016

10:20 am


10/11/2016 [14:16]: xeber –
Alimlər planetin ən sürətli canlısının adını açıqlayıb. sayt xəbər verir ki, Maks Plank adına Almaniya Ornitoloqlar Cəmiyyətinin apardığı araşdırmalara görə uçuş zamanı ən sürətlə hərəkət edən canlı quş yox, məməlilər sinfinin nümayəndəsi olub. Belə ki, qanadlarının uzunluğu və aerodinamik özəllikləri sayəsində Braziliyada yaşayan enliqulaq bükükdodaq yarasaları saatda 160 kilometrə qədər sürətlə uçurlar. Onların uçuş sürətini yoxlamaq üçün yarasaların qanadlarına radioötürücülər bərkidilmişdi.“Biz əvvəlcə inana bilmirdik: 11-12 qramlıq dişi yarasa saatda 160 kilometrə qədər sürət yığırdı”-deyə ornitoloq Kamran Safi deyib.Xatırladaq ki, buna qədər üfüqi istiqamətdə ən sürətli uçan canlı qara uzunqanad quşu sayılırdı. Onun rəsmi qeydə alınmış uçuş sürəti 110 kilometr təşkil edirdi.Elmin Nuri   


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler