Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünyanın neheng teleskopu inşa edilib  

05 Temmuz 2016

10:56 am


05/07/2016 [14:53]: xeber –

sayt xarici mediaya istinadən xəbər verir ki, Çində
kosmosda həyat axtarmaq üçün beş ildir inşa edilən 30 futbol sahəsi
böyüklüyündəki nəhəng teleskopun quraşdırılma işləri başa çatıb.

Kosmosda həyatın
olub olmamsı ilə bağlı maraq və araşdırmalar uzun illərdir davam edir. Xüsusilə
ABŞ və Rusiya kimi dövlətlərin üzərindən kosmosda araşdırmalar aparan Çin
bundan sonrakı araşdırmalarını FAST adlandırılan radio teleskopla davam etdirəcək.

180 milyon
dollara başa gələn bu nəhəng radio teleskop ölkənin cənubi qərbində yerləşən Guizhou
adlı kənddə dağların arasında düz bir sahədə quraşdırılıb. Dünyanın ən böyük
radio teleskopu olan FAST ABŞ-ın Erasibo teleskopundan təxminən 2 dəfə böyük
ölçüdədir. Teleskopda cəmi 4450 panel yerləşir.

Teleskopla kosmosun
dərinliklərində belə axtarışlar aparıla biləcəyi gözlənilir. FAST-la 13 milyard
700 milyon işıq ilinə qədər olan məsafədəki siqnalları hiss edəcəyi deyilir. Teleskopun
bu üstünlükləri sayəsində uzaq qalaktikalarda təbii hidrogen araşdırması aparılaq,
zəif pulsarların siqnalları qəbul edəcək.

 

Reuters
xəbər agentliyinin yaydığı məlumatlara görə ABŞ Müdafiə Nazirliyi FAST adlı bu
radio teleskopunun Çin tərəfindən böhran zamanında düşmən mövqedə olduğu ölkələrin
peyklərindən istifadəsinin qarşısını almaq məqsədilə istifadə ediləcəyini bildirir.
Ancaq Çin bu kosmos proqramının tamamilə sülh məqsədilə istifadə ediləcəyini
deyib.  

Çinin kosmos
tədqiqatları ilə bağlı yeganə fəaliyyəti bundan ibarət deyil. Ölkə 2036-cı ilə
qədər kosmosa bir kosmonavtını göndərməyi planlaşdırır. Həmçinin ölkədə hazırda
bir kosmos bazası yaratmaq üzərində işlər aparıldığı da məlumdur.

 

Zəhra




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler