Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünyanın ilk televizoru görenleri heyretlendirir – FOTOLAR

06 Eylül 2016

7:40 pm


06/09/2016 [23:36]: xeber –
Az qala bir əsr yarım (elə indi də) insanların ən yaxın dostu olan cihazın – televizorun kəşfinin maraqlı tarixçəsi var. Televizoru ingilis alimi Con Baird 1925-ci ildə ibtidai formada da olsa, kəşf edə bilir. O, biskvit qutusu və kartondan ibarət qutunu tikiş iynəsi ilə “tikib”, içərisinə avadanlığını yerləşdirir və uzaq məsafəyə ötürülən sifət görünüşünü “tutmağı” bacarır. 25 iyun 1925-ci ildə isə kəşfini patentləşdirir. Baird sehirli qutuya “televisor” (tele – yunanca “uzaq”, visio – latınca “gör”) adını verir.1928-ci ilin yanvarında Krallıq İnstitutunda ixtirasını təqdim edən Baird bir il sonra ilk televiziya stansiyasını qurur. 1929-cu ildən başlayaraq, BBC ilə razılaşma əsasında televiziya verilişlərinin hazırlanmasına start verdi. Qısa müddətdən sonra isə televiziya bütün dünyaya yayıldı. Olimpiya oyununun televiziya ilə yayımı isə ilk dəfə 1936-cı ildə baş tutdu: Hitler Almaniyasında təşkil olunan idman yarışını televiziya ilə qitələrə ötürdülər… Baird 1946-cı ildə vəfat edir. Onun vəfatından sonra televiziyanın elektromaqnit sistemi Taylor Farnvos tərəfindən dəyişdirilir. Farnosun bu kəşfi televiziyanı Baird mexanikliyindən xilas etdi. Bu icadın patentini isə alim yalnız 1930-cu ildə ala bilir.Onun kəşfində  ekranlarda görünüş meydana gətirmə sistemi yüz minlərlə lampanın bir araya gətirilməsi şəklində tərif edilə bilər. Bu günki televizorlar da prinsip etibarilə bu mexanizm ilə fəaliyyət göstərir. Bugünkü  CRT ekranların səthi yüz minlərlə kiçik nöqtədən meydana gəlmişdir. Bunlara piksel adı verilər. Piksel hər biri ayrı şəkildə aydınlaşdığında  və hər biri fərqli rəng meydana gətirə, piksel müəyyən bir nizamda yanması görünüş meydana gəlməsinin qaynağıdır.sayt dünyada ilk televizorların fotolarını təqdim edir. Kim düşünərdi ki, o zaman yüzlərlə lampanın hesabına işıqlandırılan nəhəng qutular-televizorlar, kiçilib-kiçilib az qala əl boyda, kağız nazikliyində bir qurğu olacaqlar…Hazırladı: Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler