Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünyanın en yaxşı üzgüçüsü servet toplayır

14 Ağustos 2016

5:08 am


14/08/2016 [09:05]: xeber –
Olimpiya oyunlarında tarixi rekorda imza ataraq 22-ci qızıl medalını qazanan amerikalı üzgüçü Mişel Felps gəlirlərini sponsorları vasitəsilə sürətlə artırır. Axar.az xəbər verir ki, ötən il 12 milyon dollar qazanan Felpsin sərvətinin 100 milyon dollara çatdığı bildirilib. Felps dünən Rio-2016 Olimpiya Oyunlarında 22-ci qızıl medalını qazanıb. Ona ən çox gəlir gətirən mənbələr isə sponsorlar, reklamlar, sosial mediya, adına təşkil edilən turnirlər və iştirak etdiyi fəaliyyətlərdir. Olimpiya oyunlarındakı uğurları ilə isə qazancını daha da artırır. 2001-ci ildə 1 milyon, 2004 Afina Olimpiya oyunlarına qədər 1,3 milyon, 2008 Pekin Olimpiya oyunlarına qatıldığı zaman 3,2 milyon, 2012 London Olimpiya oyunları zamanı 7,1 milyon dollarlıq gəlir əldə edən Felps dünyanın ən yaxşı üzgüçüsü olmasına baxmayaraq, ən çox qazanan ilk 100 idmançı arasında yer almır.    Forbes jurnalına görə, dünyanın ən çox qazanan idmançısı 88 milyon dollar gəliri olan “Real Madrid”in ulduzu Kristiano Ronaldodur.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler