Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünyanın en tehlükeli bu ölkesinde her an ölümle qarşılaşa bilersiniz – İLGİNC

18 Eylül 2016

11:56 am


18/09/2016 [15:52]: xeber –
Dünyada elə ölkələr var ki, insanlar orada hər an ölümlə üz-üzə yaşayırlar. Belə ki, o ölkədə insanlar hər addımda hansısa zəhərli bir heyvanın sancması, dişləməsi və ya qəfil hücumu ilə həyatlarını itirə bilərlər. Belə ölkələrdən biri də Avstraliyadır. sayt Avstraliyaya gedən turistlərin orada qarşılaşa biləcəyi bəzi təhlükələr haqqında məlumat təqdim edir. Avstraliyada çaydan kiçik kenquruları belə çıxara bilən pitonlar yaşayır. Pitonlara alış-veriş üçün getdiyiniz mağazalarda da rast gələ bilərsiniz. Diqqətsiz turistləri gözləyən ən böyük təhlükələrdən biri ayaqqabıların içində gizlənmiş zəhərli hörümçək və ilanlardır. Zəhərli ilanlar unitazlarda belə gizlənirlər.  Həmçinin golf sahələrində və təyyarələrdə də ilanlarla rastalaşa bilərsiniz. İlanlar böyük kərtənkələləri belə rahatlıqla ovlayırlar. Avstraliyada hər yerdə rast gəlinməyən nəhəng yarasalar da var. Həmçinin köpəkbalığı ilə bəslənən dingolar.Qolf oynayarkən, sörf edərkən yanınızda dolaşan köpəkbalıqlarına, timsahlara rast gələ bilərsiniz. Hətta turbalara dırmağan timsahlar belə var. Timsahlar nəinki gölməçələrdə, hətta küçələrdə də rastınıza çıxa bilər. Avstraliyada əcaib parazitlər də var ki, qanınızı asanlıqla sora bilər. Avstraliyada həm də hörümçəklər olduqca çoxdur. Evinizdə hər hansı qabın içindən çıxa biləcək zəhərli hörümçək bir dəfə sancmaqla həyatınıza son qoya bilər. Təkcə bu hörümçəklər deyil, sancdığı zaman müvəqqəti iflic edib, daha sonra öldürə bilən Mərmər Konus ilbizi də təhlükəlidir. Hər qış Avstraliyanı soxulcanlar işğal edir. Avstraliyada indiyədək adını belə eşitmədiyiniz qəribə heyvanlar var. Onlardan biri də sirrli dəniznəhəngidir.Avstraliyada yerlə yanaşı, səmaya da diqqət etmək lazımdır. Çünki göydən bilyard topundan da böyük ölçüdə dolu dənələri yağa bilər! Hazırladı: Zəhra  


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler