Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünyanın en qeyri-adi beş filmi -SİYAHI

22 Eylül 2016

1:20 pm


22/09/2016 [17:17]: xeber –
ABŞ-ın məşhur “Test of Cinema” film portalı dünya kino tarixinin ən qeyri-adi, qəribə filmlərinin siyahısını tərtib edib. sayt adıçəkilən mənbəyə istinadən həmin siyahıdan dünya kino tarixinin ən qəribə beş filmini təqdim edir:1-“Yumurta qabığı” (1969-ABŞ)T.Huperin ekranlaşdırdığı eksperimental film sıx meşədə kimsəsiz və köhnə evdə bir qrup insanın başına gələn macəralardan bəhs edir. Hadisələr texaslı gənc hippinin danışdığı hekayənin təsviri formasında cərəyan edir.2-Mariya Malbranın ölümü (1972-Almaniya)Alman kinosunun avanqard janrda çəkilən ilk ekran əsəri olan filmdə dünyasını dəyişən opera müğənnisinin sirli həyatından və ölümündən bəhs edilir.3-“Desires” (1977-Meksika)Eksperimental melodrama olan film sirli dünyaların qapılarını insanın üzünə açır. Film izləyicini tamamən özünə çəkir və dünyadan qoparır.4-“Meduzalar salı” – (1980, Yuqaslaviya)Filmin təqdim etdiyimiz afişa-fotosunda onun qeyri-adiliyi hiss olunur. Film keçmiş Yuqaslaviyanın ən ucqar kəndindəki bur qrup dadistin qəribə həyat tərzindən bəhs edir.5-“Elektrik mələk” (1981-Yunanıstan)Film dünya kinosunun gizli qalmış incilərindən sayılır. Çox təəssüf ki, qeyri-adi elementlərlə dolu olan filmin dəyəri o qədər də hiss olunmadı. Amma fantastik məzmunda olan film izləyiciləri asanlıqla utopik dünyaya apara bilir.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler