Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünyanın en qeribe toyu…- FOTO

31 Ekim 2016

5:40 pm


31/10/2016 [21:39]: xeber –
sayt oxucularını dünyanın ən qəribə toyu ilə məlumatlandırır. Türkiyənin Düzce şəhərində yaşayan və doğuşdan onurğa iflici olan 18 yaşlı Nildəm Aslanın gəlinlik geymə xəyalı, ailəsi tərəfindən reallaşdırılıb. Anası Ömür və atası Özcan Aslan tərəfindən təşkil edilən “kürəkənsiz toy”-dan əvvəl, Nildəm gözəllik salonunda saçlarını düzəltdirib, gəlinliyini geyib.Atası Özcan Aslan, gəlinlik geyən qızı Nildəmi təkərli kürsü ilə salona gətirib. Aslan ailəsi, qonaqların qatıldığı toyda baraban və zurna ilə ifa edilən mahnılarla əylənib. Nildəm Aslan verdiyi açıqlamada, toyun özü üçün bir sürpriz olduğunu söylədi.Ailəsinin kürəkənsiz toy təşkil etdiyini deyən Aslan,—”Anama və atama çox təşəkkür edirəm. Allah anamdan razı olsun. Anamın belə bir şey düşündüyündən xəbərim yox idi. İki gün əvvəl xəbərim oldu. Öyrəndiyimiz çox duyğulandıq. Doğmalarım yanımda olduğu üçün çox sevinirəm, onlara çox təşəkkür edirəm. Bu mənim ən böyük xəyalım idi”—deyib.Ana Ömür Aslan da qızının xəyalını reallaşdırmaq üçün toy etdiklərini deyərək,—”Qızımın daha əvvəl bir doğum günündə nişanını, bir başqa ad günündə də xınasını etmişdim. Qızımı belə görmək mənim ən böyük arzum idi. İndi də toyunu edirəm. Çox xoşbəxtəm”—söyləyib.Mehman Nəbiyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler