Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünyanın en qedim saraylarından biri aşkar edildi -ŞƏMKİRDƏ

16 Ağustos 2016

12:40 pm


16/08/2016 [16:39]: xeber –
Şəmkirin Qaracəmirli kəndi yaxınlığında 2480 il bundan əvvəl tikildiyi ehtimal edilən saray aşkarlanıb. sayt AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, 2006-cı ildən bu yana aparılan araşdırmalar zamanı adıçəkilən ərazidə 2500 il bundan əvvələ aid şəhər tipli yaşayış məntəqəsi də aşkarlanıb. Saray da həmin məntəqəyə aid tarixi fakt hesab edilir. Ekspedisiyanın qənaətinə görə, bu yaşayış yerindəki abidə eramızdan əvvəl 550-ci ildən 330-cu ilə qədər, 220 il mövcud olub və Əhmənilər imperiyasına məxsus Pasarqad, Persopol tikililəri ilə müqayisə olunur. Qaracəmirli kəndi yaxınlığında yerləşən yaşayış yeri Əhmənilər imperiyasının bütün Cənubi Qafqazı idarə edən inzibati mərkəzi olduğu güman edilir. Beynəlxalq ekispedisya Qaracəmirli yaxınlığında qədim yaşayış yerində hələlik bir neçə yerdə qazıntı apararaq böyük inzibati, təsərrüfat, istehsalat tikililərinin və dini abidənin qalıqlarını aşkarlayıb. Onlardan böyük sarayın qalıqları xüsusi əhəmiyyət kəsb edir.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler