Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünyanın en bahalı şeherleri – Bes biz hardayıq?

23 Haziran 2016

6:12 am


23/06/2016 [10:11]: xeber –
Yaşayış xərcləri və istehlak səbətinin dəyəri ən yüksək olan şəhər seçilib.sayt Anspress-ə istinadən xəbər verir ki, bu ada Honkonq layiq görülüb. Beynəlxalq müşavirlik şirkəti olan “Mercer” ən bahalı şəhərlər ilə bağlı apardığı araşdırmanın nəticələrini dərc edib. Ən bahalı şəhərlər sırasında Bakının da adı çəkilib.Sıralamada Honkonqdan sonra Anqolanın paytaxtı Luanda yer alıb. Bir neçə ildir ki, cədvəldə 1-ci olan Luanda bu il valyutasının ucuzlaşması səbəbindən geriləyib. Ardınca Sürix, Sinqapur, Tokio, Konqonun paytaxı Kinşasanı da görmək olar. İlk onluqda bir neçə şərq şəhərləri ilə bərabər Cenevrə də özünə yer tapıb.Bu siyahıda Azərbaycanın da adı var. Paytaxt Bakı yaşayış xərcləri və istehlak səbətinin dəyərinə görə bahalı sayılan şəhərlər sıralamasında 172-ci yerdə durur. Ötən il eyni sıralamada 33-cü yerdə olduğu deyilən paytaxt “Mercer” nəşrinin fikrinə görə ən çox ucuzlaşan şəhərlərdəndir. Şimal qonşumuz Rusiyanın paytaxtı Moskva 67, Türkiyənin İstanbul şəhəri 101, İran – Tehran 203, Tiflis isə 198-ci yerdədir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler