Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Dünyamızı elimizden almayın, buna haqqınız yoxdur…”

25 Temmuz 2016

5:08 pm


25/07/2016 [21:06]: xeber –
    Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri Jalə Cəfərova iyulun 21-dən 24-dək Latviyada keçirilən Riqa SYMPHONY 2016 festivalında (yaş həddi 5 dən 22 – yə qədər) fəxri juri kimi dəvət olunub. J. Cəfərova tədbir başa çatandan sonra sayt-ın əməkdaşına bunları bildirib:”Təəssüratlar o qədər zəngindir ki, bunları qısaca ifadə etmək çox çətindir. Nə qədər istəsəm də fikirlərimi bildirərkən göz yaşlarıma hakim ola bilmədim. Bildirdim ki, əziz balalar, bu gün sizlərin şən və xoşbəxt simasına laqeyd qalmaq qeyri-mümkündür. Biz bu gün ən müqəddəs işlərdən birini gördük desəm yəqin ki, hamınız razılaşarsınız. Baxın görün bu festivalda neçə dövlətdən gəlmiş gül balalar iştirak edir. Maltadan tutmuş İngiltərəyə, Belarus və Ukraynaya qədər bu festivala təşrif buyurmuş hər kəsin bir məqsədi var – uşaqları, gələcəyimizi xoşbəxt görək. Unutmayaq ki, bu gün dünyanın bir çox bölgələrində uşaqlar qarın dolusu çörəyə, suya, əyninə normal paltar tapıb geyinməyə möhtacdır. Hər il milyonlarla uşaq aclıqdan, səfalətdən acınacaqlı şəkildə tələf olur. Milyonlarla uşaq ana laylasının səsini mərmi yağışlarının, bombardmanların qorxunc gurutusundan eşitməz olub, yadırğayıb. Amma onların da sizlər kimi deyib-gülməyk, sevinmək, xoşbəxt olmaq, arzularını gerçəkləşdirmək haqqı var, amma bu haqqı onların əllərindən insafsızcasına, namərdcəsinə alıblar. Təklif etdim ki, elə buradanca dünyanın idarə edən əmilərə var gücünüzlə hayqırın və onlara səslənin ki, bizim dünyamızı əlimizdən almayın, buna haqqınız yoxdur. Bu sözləri göz yaşları içərisində dedim və belə bir möhtəşəm tədbir düzənlədiklərinə görə festival təşkilatçılarına minnətdarlığımı bildirdim. Onu da deyim ki, festival başa çatsa da mədəni tədbirlərimiz hələ davam edir və Latviyanı Azərbaycana bağlayan telləri daha də möhkəm etmək üçün əlimizdən gələni əsirgəmirik”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler