Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünyada en zengin üçüncü şexs belli oldu

31 Temmuz 2016

2:40 pm


31/07/2016 [18:38]: xeber –
sayt xəbər verir ki, “Forbes” jurnalında dünyanın ən zəngin üçüncü adamı olaraq “Amazon”un sahibi Cef Bezos
göstərilib.

Forbesin
proqnozlarına görə Cef Bezosu keçənlərdən biri, siyahıda birinci yerdə olan 78
milyard dollarlıq sərvətə malik Microsoftun qurucusu Bill Qeyts və 73.1 milyard
dollarla ikinci sırada yer alan Zara şirkətinin banisi Amancio Ortegadır.

Siyahıda ən
sürətli yüksəlişi qeyd edilən Amazonun müdiri Bezos şirkətin hissəllərinin 18 faizinə
malik. Forbes jurnalına görə Bezosun sərvəti də təxminən 65.3 milyard dollar.

Amazon-un gəlirləri
mütəxəssislərin proqnozlarınından da yüksək olub. Otən illə müqayisədə  31% artım göstərib, ikinci rübdə isə 30.4
milyard dollar olub.

İnternet məkanında
satış edən şirkətin gəliri ötən il 92 milyon dollar idisə, bu il 857 milyon
dollar oldu. Amazonun səhmləri fevral ayından bu yana da 50 faiz artıb. Amazon
şirkəti iyun ayında Prima üzvlük sistemini Hindistana açaraq, ölkənin geniş
istehlakçı bazarından istifadə etməyə başlayıb.

 Onu da qeyd
edək ki, Forbes jurnalının ən zənginlər siyahısına Türkiyədən  3 milyard dollarlıq sərvətiylə Murat Ülkər,
2.5 milyard dollarla Hüsnü Özyeğin, 2.4 milyard dollarla Fərit Şahenk və 2.2
milyard dollarla Rahmi Koç da yer alır.

 

Zəhra

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler