Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünyaca meşhur “The Guardian”dan Azerbaycana qarşı növbeti qerez – FOTOLAR

03 Ağustos 2016

7:24 am


03/08/2016 [11:23]: xeber –
sayt xəbər verir ki, Böyük Britaniyanın dünyaca məşhur “The Guardian” nəşrinin əməkdaşları bu günlərdə Ermənistanın Azərbaycanla həmsərhəd kəndlərindən reportaj hazırlayıb. Yazıda Qərbin XIX əsrin sonlarından bəri “erməni məsələsi”ndə tutduğu qərəzli mövqe açıq-aydın sezilməkdədir. Yəni növbəti dəfə ermənilərin  “müsəlmanlar, türklər tərəfindən daim əzilən, məzlum  bir xalq” obrazı yaradıılıb. Avropa qəzeti Qədim Azərbaycan torpaqlarında qondarılmış Ermənistanın Tavuş rayonunun Movses kəndi sakinlərinin daim Azərbaycan ordusunun atəşləri altında yaşadığını təsvir edir. Yazıda ayrı-ayrı erməni kəndlilərin “tükürpərdən” açıqlamaları verilir. Amma avropalılar guya  sərhəddin Azərbaycan tərəfindəki kəndlərdə də insanların yaşadığını və onların artıq 30 ilə yaxın müddətdə Ermənistan təcavüzündən zülm çəkdiyini və ən əsası, bu ölkənin Azərbaycanın tarixi-hüquqi ərazilərinin dörddə birini işğal etdiyini bilmir.  Medianın obyektiv, tərəfsiz, qərəzsiz olmasının vacibliyini daim dünyaya car çəkən Qərbin özünün məşhur nəşri  ən azı, sərhədin Azərbaycan tərəfindəki kəndlərin də gerçək vəziyyətini işıqlandırmalı idi.  “The Guardian”ın “can yandırdığı” Movses kəndinin digər iki erməni kəndi: Arqepar və Karmaxpyurla birgə Azərbaycanın Tovuz rayonunun Hacallı kəndini 28 ildir ki, mühasirədə saxladığını, erməni hərbçilərinin 200-300 m məsafədən dinc sakinləri daim nişangahda saxladığını nəinki Britaniyanın “Mİ-6” kəşfiyyatı, hətta okeanın o tayındakı Amerikanın MKİ də  bizlərdən yaxşı bilir…Xatırladaq ki, bu, “The Guardian”ın Azərbaycan haqqında ilk belə qərəzli yazısı deyil.  2015-ci ilin yanvarında eyni qəzet “2015-ci il tətilləri üçün ən macəralı yerlər” başlıqlı məqalədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi Dağlıq Qarabağı da qeyd etmişdi. Amma məqalədə Dağlıq Qarabağ Azərbaycan tərəfindən “əhatə olunmuş” dağlıq anklav, “1991-ci ildə müstəqilliyini elan etmiş” və Ermənistanın nəzarətində olan ərazi kimi göstərilmişdi…Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler