Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünya şöhretli alim Rafiq Əliyev Moderator.az-ı TƏBRİK ETDİ: ”Saytımız ne tez qocaldın, sen?”

01 Kasım 2016

7:48 am


01/11/2016 [11:47]: xeber –
“Şair nə tez qocaldın, sən?” deyimi var. Sayt da canlı orqanizmdir, o da yaşayandı. İndi mən də deyirəm ki, ay saytımız nə tez qocaldın sən? sayta 4 yaş vermək olmaz. İstənilən canlı orqanizm üçün 40 yaş çiçəklənən, öz uğurlarına baxıb sevinən yaş dövrüdür. Sizə elə 40 yaş verərdim. sayt-ı ürəkdən təbrik edirəm”. Bunu dünya şöhrətli alim, planetdə qeyri-səlis nəzəriyyəsinin tək-tük mütəxəssislərindən olan professor Rafiq Əliyev 4 yaşı tamam olan sayt saytını təbrik edərkən deyib. Qeyd edək ki, sayt xəbər portalının bu gün 4 yaşı tamam olur. İnformasiya və analitik yazılarla, özəl açıqlamalar və müsahibələrlə, irihəcmli maarifləndirici yazılar sayəsində sayt ölkənin ən oxunaqlı xəbər portalları sırasındadır. Elə Rafiq Əliyev də öz təbrikində bu faktı qabardıb və hər zaman kompüteri açarkən ilk olaraq sayta daxil olduğunu deyib: “sayt ən oxunaqlı saylardan biridir. Səbəbi odur ki, sayt tərəfsizdir. Hər zaman qızıl ortanı seçmək çox ağır məsələdir. Amma ən vacib məsələ odur ki, sayt bu gün qızıl ortadadır. Bu prinsipsizlik deyil, bu tərəfsizlikdir. Tam prinsipial-düzü-düz, doğrunu –doğru göstərən bir saytdı. Kompüteri açan kimi həmişə öncə sayta daxil oluram. Mətnlərin yazılma üslubu və müəlliflərin dili çox rəvandı. Hinformasiya səssiz-küysüz, peşəkarcasına yazılır. O ki qaldı,  nə qədər yaşamağa, sizə ən azı 100 il ömür arzu edirəm. Sonrasını Tanrı ilə özünüz həll edərsiniz . Çox geniş spektrə malik olan bir saytın kollektivinə böyük uğurlar arzulayıram”.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler