Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Dünya şöhretli 16 ressamın gizli heyatı 

23 Ağustos 2016

9:20 am


xeber –
Hər zaman rəssamların fərqli olduqları və qeyri-adi həyat sürdükləri deyilir. Elizabeth Lunday “Böyük sənətkarların gizli həyatları” kitabında bir çox sənətkar haqqında məlum olmayan hadisələri, faktları qələmə alıb. sayt onlardan ən maraqlılarını seçərək oxuculara təqdim edir.Elizabeth Lunday kitabının giriş hissəsində bunları yazıb: “Ancaq qəti olan bir şey var: Sənətə heç vaxt eyni şəkildə baxmayacaqsan. Bir sonrakı muzey ziyarətində əsərləri qalereyaları dolduran şöhrətli rəssamların dedi-qoduları ilə yoldaşlarınızı əyləndirəcək və tur rəhbərlərinizi hirsləndirəcəksiniz. Michelangelonun nüleri, Monetin su zanbağıları və Warholun Marilynləri haqqında yeni bir perspektiv əldə edəcəksiniz. Dəbdəbəli kokteyl partiləri söhbətlərinə ağıllı bir sitatla töhfə verəcək, ya da cansıxıcı bir ortama maraqlı bir lətifə danışacaqsınız”.  1. Henri Matisse (1869 – 1954) hüquq stajçısı kimi işləməkdən o qədər bezir  ki, pəncərəsinin qarşısından keçənlərə yaşıl noxud və çubuq ilə top halına gətirilmiş kağızlar atırmış.2. İohann Vermeerin (1632 – 1675) rəsmlərindəki qadınların hamilə olmasına təəccüblənməmək lazımdır. Çünki arvadı onun üçün iyirmi ildə on iki uşaq dünyaya gətirmişdi və çox nadir hallarda hamilə olmayıb.3. Rembrandt Harmenszoon van Rijn (1606 – 1669) ölən arvadı Saskianın xatirəsinə sadiq qalıb. Amma əvvəlcə xidmətçisi  Geertje Dircx ilə və bir neçə il sevgili olub. Bir müddət sonra isə yeni xidmətçisi Hendrickje Stoffels ilə də bərabər olur. Hendrickje hamilə qaldıqda isə günah etdiyi üçün kilsə məclisi tərəfindən cəzalandırılma təhlükəsi yaşayıb. Buna görə Rembrandt birinci sevgilisi Geertjeden ayrılıb. Rembrandt ən çox avtoportret çəkən rəssamdır. Özünün 80-dən çox portretini çəkib. Saçı uzun, qısa formada, gənc və yaşlı illərində bir çox avtoportreti var.4. Frida Kahlonun (1907 – 1954) Dieqo Riveraya heyranlığına hər kəs təəccüblənirdi. Hətta onun iri qarınlı, pis, qorxunc olduğunu deyən dostuna Dieqo çox  kübar və şirindir, mən onu çimizdirib, təmizləyirəm deyib. Dieqo Riveranın çimizdirmək üçün mütləq məcbur etmək lazım imiş, çünki çimməyi sevmirmiş.  Buna görə də Kahlo 136 kq-lıq həyat yoldaşını uşaq oyuncaqları doldurulmuş böyük bir vannada çimizdirirmiş. 5.  Edouard Manetin (1832 – 1883) evliliyi onun gözəl qadınlara baxmasına heç də mane olmayıb. Bir gün Paris küçəsində həyat yoldaşı Suzannenin yaxında oturduğunun fərqində olmadan gənc və gözəl bir qadının ardınca düşür. Arvadının onu gördüyünü anladıqda isə yanına gedib soyuqqanlılıqla  “Onu sən sandım”  deyir.6. Salvador Dali (1904 – 1989) Londonda bir konfransa köhnə dəb bir dalğıc geyimində, iki avçarkası ilə gedir. Başına da üzərinə Mercedes radiatorunun başlığı qoyulmuş bir kaska taxır. Danışmaq istədikdə isə kaskaya hava girmədiyini və buna görə də nəfəs ala bilmədiyini fərq edir.  İştirakçılar isə bunu da Dalinin növbəti oyunu zənn edir. Nəhayət Dali iki dostu və bir səhnə işçisisinin köməkliyi ilə kaskadan xilas edilir.  7. Michelangelo Buonarroti (1475 – 1564) “Sistine Şapelinin freskləri”ni çəkərkən  tavanın işlənməsinə sərf edilən dörd il müddətində yanında işləyən assistentlərin çoxu işdən çıxır. Səbəb isə olduqca maraqlıydı. Belə ki, Michelangelo çimməyi sevmirmiş, düşünürmüş ki, çimmək sağlamlığa zərərlidir. Ona görə də ondan çox dəhşətli bir qoxu gəlirmiş, kimsə uzun müddət onun yanında işləyə bilmirmiş. Michelangelo üçün çılpaq kişi bədənindən daha böyük bir bədii gözəllik yox imiş. Qadın modellərdən istifadə etmədiyi bir yana, həyatında heç çılpaq qadın görmədiyi də deyilirmiş. Michelangelo heç vaxt evlənməyib, çox nadir hallarda isə qadınlarla qısa sürən münasibəti olub.8. Vincent Van Gogh (1853 – 1890) bir fəlakətdən digərinə büdrəyərək gedən peşə həyatı boyunca yalnız bir rəsm satıb və sonra da intihar edib. Həddindən artıq depresiyada və xəstə olduğu dövrlərdə rəsm çəkmək üçün istifadə olunan boyaları yeyirmiş. Həm də “Cinsi pəhriz günü”nü müdafiə edirmiş.9. Edvard Munchun (1863 – 1944) həyatı uşağlığından başlayaraq ağrılı keçib. Bəzən gecələr sıçrayaraq oyanır, öldüyünü güman edir və “Cəhənnəmdəyəmmi?” deyə soruşarmış.  Onun məşhur “Qışqırıq” tablosundakı göy üzünün qırmızılığını Avropanın hər yanını toza bulayan Krakatoa vulkanının partlaması ilə əlaqələndirilər.  Onun 1883-cü ildəki partlayışla maraqlandığı günlük qeydlərindən də görülür. Yəni, qırmızı göy üzü sadəcə bir bədii təsvir olmaya bilər. Munch getdikcə özünü əcnəbilərin onu izləməkdə olan gizli polislər olduğuna inandırmağa başlayır. Ömrünün son illərində bacısı Laura kimi dəli olduğu hər kəs tərəfindən hiss edilir. 10-ci Pablo Pikassonun (1881 – 1973) həyatına girib çıxan və məhv olan qadınlardan biri olan Dora Maar onun haqqında belə deyir: “Sənətkar kimi dəyərlisən, amma əxlaqdan bəhs ediriksə, beş manat belə dəyərin yoxdur”. Pikassonun qadınlarla əlaqəsiylə bağlı rəvayətlər və dedi-qodular sonsuz saydadır.  Rəssamın, həmçinin çox pinti olduğu da deyilir. Evi daima qəbzlər, kağız yığınları, boş butulkalar, hətta çörək qırıntıları ilə dolu olurmuş. Bu qalaqların içində özünə kiçik cığırlar açaraq yaşarmış. Evində onunla bərabər itlər, pişiklər, siçanlar və bir meymun yaşayırmış.11. Edvard Hopper (1882 – 1967) Amerika realizminin ağla ilk gələn rəssamlarındadır. Arvadı ilə ziddiyyətli bir əlaqəsi olub. Belə ki, Hopperın boyu 1.95, arvadı Jonun boyu isə 1.52 olub. Jo ərinin hesablarını aparmaqla yanaşı, ona moddellik də edirmiş. Aralarındakı digər ziddiyyət isə bir tərəfin həddindən  çox danışmasına baxmayaraq, o biri tərəfin olduqca səssizliyi olub. Hər zaman müzakirə etdikləri Jonun rəssamlığı və sürücülüyü olub. Qəzəbləndiklərində Hopper daş kimi səssiz qalırmış, Jo isə daha çox əsəbləşərək onun üzərinə gedirmiş. Hopper isə arvadını döyməzmiş, hər ikisi bərabər döyüşərlərmiş. Hətta Jo boyunun qısalığına görə dişləyərək üstünlüyü ələ keçirərmiş.  Jo ərinin onunla kifayət qədər maraqlanmadığına etiraz olaraq iki günlük aclıq da elan edib. 12. Paul Cezanne (1839 – 1906) ona toxunulmasını heç sevməyən biri olub. Heç kəsə əl verməz, fiziki təmasdan mümkün qədər qaçarmış. Dostu rəssam Emile Bernardla bir təpədə qaçdıqları zaman birdən-birə aşağı yuvarlanmağa başlayır. Bu zaman dostu dərhal onun qolundan yapışıb həyatını xilas edir. Paul isə ayağa qalxar-qalxmaz dərhal “Kimsənin mənə toxunmasına icazə vermirəm” deyərək xilaskarını orada qoyub gedir. Daha sonra isə buna görə dostundan üzr istəyir.13. Michelangelo Merisi da Caravaggio (1571 – 1610) xalqdan olanların qılınc daşıma qadağasına qarşı çıxaraq daima silahla gəzir, özünü davadan xilas etməzmiş. Ciddi şəkildə əsəblərinə nəzarət edə bilmirmiş və bu onda problemə çevrilibmiş. Buna görə dəfələrlə Roma polisində qeydiyyata düşübmüş. Əlbəttə ki, bütün bunların rəssamın sənətində əks olunmaması mümkün deyil. Onun başı kəsik, ya da kəsilmək üzrə olan insanların dayandığı ən az 12 əsəri var. Caravaggio bir rəsmi üçün işçilərdən bir müddət əvvəl basdırılmış bir cəsədi tutaraq ona poza vermələrini istəyir. İşçilər qoxuya dözə bilmədiklərinə görə, cəsədi yerə qoyduqları zaman rəssam xəncərini çəkir və qorxudaraq onlardan yenə əvvəlki kimi qalmalarını tələb edir.14. Anri Russo (1844 – 1910) təsirli, sadəlövh bir primitiv rəssam kimi tanınmaqla yanaşı, tərcümeyi halında oğurluq və bank aldatmaq kimi mənfi əməllər də var. 15. Sandro Botticellinin (1445 – 1510) yeni qonşusunun evində rəssamın işləməsini əngəlləyəcək qədər səs-küy çıxaran toxuculuq dəzgahları olub. Rəssam buna görə şikayət etdikdə isə gözləmədiyi cavabı alıb. Ona bildiriblər ki, insanların evlərində istədiklərini etməyə haqqları var. Botticelli bu cavabdan sonra öz evinin üzərinə tam qonşusunun tavanına tuşlanmış nəhəng bir daş yerləşdirir. Bir daha səs gələrsə, daşı damdan aşağı salacağını deyir. Təbii ki, bu vəziyyət qarşısında qonşusu məcbur olub evdən dəzgahları yığışdırır.16. Leonardo da Vinçi (1452 – 1519), hər zaman ağlı başqa yerdə olan, diqqətsiz bir rəssam olub. Həvəslə başladığı bir işə marağını çox tez itirib, bir layihədən digərinə keçib, çoxunu da tamamlamayıb. Da Vincinin bu hərəkətləri, ləng davranmağı onunla işləyən hər kəsi hirsləndirirmiş. Hətta “Son Axşam Yeməyi” əsərinə görə Santa Mariya delle Grazienin baş rahibi işin çox uzun sürdüyünə görə Milan Hersoquna şikayət edib. Leonardo isə Yehudaya uyacaq qədər pisniyyətli bir üz tapmağa çalışdığını, qüsursuz modeli tapa bilməzsə, ondan şikayət edən baş rahibin başından istifadə edəcəyini söyləyib.Hazırladı: Rumiyyə 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler